Türkdilli dövlətlərin kardioloqları Daşkənddə əməkdaşlığın yeni mərhələsini müzakirə etdi
05.10.2026 09:27
Özbəkistanın paytaxtı Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının və “Özbəkistan–Azərbaycan” Tibbi Forumunun rəsmi açılış mərasimi keçirilib.
 
Aztibb.az xəbər verir ki, beynəlxalq tədbirdə Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və digər ölkələrdən kardiologiya sahəsinin tanınmış mütəxəssisləri, alimləri və səhiyyə nümayəndələri iştirak ediblər.
 
Azərbaycanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın rəhbərlik etdiyi geniş nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndələri, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun rəhbərliyi və mütəxəssisləri, həmçinin Azərbaycan Tibb Universitetinin həkimləri yer alıblar.
 
Açılış mərasimində çıxış edən Gülnaz Dadaşova Azərbaycan–Özbəkistan səhiyyə əməkdaşlığının və türkdilli dövlətlərin kardioloqları arasında elmi-peşəkar əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
 
Qurultay çərçivəsində müasir diaqnostika və müalicə metodları, innovativ texnologiyalar, süni intellektin kardiologiyada tətbiqi, intervensional kardiologiya, ürək cərrahiyyəsi və digər aktual mövzular müzakirə olunub.
 
Tədbirin diqqətçəkən məqamlarından biri Türkdilli Dövlətlər Kardioloqları Qurultayının estafetinin növbəti ev sahibinə ötürülməsi mərasimi olub. Estafetin ötürülməsi türkdilli ölkələrin kardioloqları arasında əməkdaşlığın davamlılığını və qurultay ənənəsinin gələcəkdə də yaşadılmasını simvolizə edib.
 
Qeyd edək ki, Daşkənddə keçirilən tədbirlər eyni zamanda Özbəkistan Kardiologiya Mərkəzinin 50 illik yubileyinə həsr olunmuş beynəlxalq konqres çərçivəsində baş tutub.
 
III Qurultay və “Özbəkistan–Azərbaycan” Tibbi Forumu Azərbaycan–Özbəkistan səhiyyə əlaqələrinin inkişafına, elmi-tibbi əməkdaşlığın genişləndirilməsinə və türkdilli dövlətlərin kardiologiya sahəsində birgə fəaliyyətinin gücləndirilməsinə mühüm töhfə verir.
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Yuxu problemləri və sinir sistemi 
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Qobustan RMX-da sağlam həyat tərzi və davranış risk amilləri barədə maarifləndirici tədbir keçirilib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Böyrək ağrısı nə zaman təhlükəlidir?   
 ATU əməkdaşından iki mühüm beynəlxalq nailiyyət: Q1 jurnalında elmi məqalə və ESE-də “Certified member” statusu   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub