Şirvan ŞMX-da “Böyrək sancıları zamanı yardım” mövzusunda təlim keçirilib
05.10.2026 15:50

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında tibb işçilərinin bilik və praktiki bacarıqlarının artırılması məqsədilə “Böyrək sancıları zamanı yardım” mövzusunda təlim keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, təlim təlim üzrə koordinatoru Xəyalə Ağayeva tərəfindən təşkil olunub.

 

Təlimdə xəstəxananın təlim üzrə koordinatoru Xəyalə Ağayeva, təlimçi, həkim-nefroloq Firuzə Həsənli, baş tibb bacısı Samirə Quliyeva, tibb bacısı Fatma Eyubova və xəstəxana kollektivi iştirak edib.

 

Təlim zamanı böyrək sancısının mahiyyəti, ilk 5 dəqiqədə ABCDE yanaşması və “red flags”, laborator qiymətləndirmə, spazmolitiklərin istifadəsi, venadaxili maye terapiyasının tətbiqi, spontan düşə bilən daşlar, analgeziyaya cavab verməyən böyrək sancısı zamanı yanaşma, hospitalizasiya və uroloji konsultasiya üçün əsas göstərişlər, eləcə də təcili yardım alqoritmi barədə ətraflı məlumat verilib.

 

Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Yuxu problemləri və sinir sistemi 
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Qobustan RMX-da sağlam həyat tərzi və davranış risk amilləri barədə maarifləndirici tədbir keçirilib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Böyrək ağrısı nə zaman təhlükəlidir?   
 ATU əməkdaşından iki mühüm beynəlxalq nailiyyət: Q1 jurnalında elmi məqalə və ESE-də “Certified member” statusu   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub