Nyu-Yorklu qadın bədənində təxminən yeddi ildir olduğunu iddia etdiyi cərrahi iynə aşkarlandıqdan sonra "Mount Sinai" xəstəxanasını məhkəməyə verib.
Aztibb.az-ın nypost.com-a istinadən məlumatına görə, Yana Petriqanova DeQreqoris iynəni əməliyyatlarından birində həkimlər tərəfindən ilişib qaldığını iddia edib.
Qadın bir neçə ildir, şiddətli ağrı ilə yaşayıb və həkimlər bunun səbəbini müəyyən edə bilmirdilər. Yad cisim 2025-ci ilin oktyabrında kompüter tomoqrafiyası zamanı aşkar edilib. Məlum olub ki, qarnında təxminən dörd santimetr uzunluğunda cərrahi iynə ilişib.
Onu çıxarmaq üçün başqa cərrahi əməliyyat tələb olunub.
DeQreqoris xəstəxanaya və əməliyyatı həyata keçirən cərrahlara qarşı səhlənkarlıq ittihamı irəli sürüb. O, dəymiş ziyana və əziyyətə görə kompensasiya tələb edir.

