TƏBİB nümayəndələri Özbəkistanda “IX Ftiziatrlar və Pulmonoloqlar Konqresi”ndə iştirak ediblər  
03.10.2026 11:32

TƏBİB nümayəndələri Özbəkistanda “IX Ftiziatrlar və Pulmonoloqlar Konqresi”ndə iştirak ediblər

 

Aztibb.az-a TƏBİB-dən verilən xəbərə görə, Daşkənd şəhərində baş tutan konqresdə Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov, Tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Əsgər İsmayılov və həmin departamentin Profilaktika və diaqnostika xidmətinin təşkili şöbəsinin müdiri Anar Adilov iştirak edib. 

 

Tədbir Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun, “Stop TB Partnership” təşkilatının nümayəndələri, o cümlədən İsveçrə, Almaniya, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus və Özbəkistandan alimlər, həkimlər, səhiyyə menecerləri və mütəxəssislərini bir araya gətirib.

 

Konqres çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən “Azərbaycan Respublikasında vərəmin sürətli diaqnostikası məqsədilə süni intellektdən istifadə etməklə innovativ molekulyar-genetik və rentgenoloji metodların, həmçinin ekspress-testin tətbiqi” mövzusunda tezis nümayiş etdirilib və “Vərəmin sürətli diaqnostikasında innovativ texnologiyalar” mövzusunda təqdimatla çıxış edilərək TƏBİB-in vərəmlə mübarizədə innovativ yanaşmaları, əldə olunmuş nəticələr və gələcək perspektivlərlə bağlı iştirakçılara məlumat verilib.

 
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
90 yaşlı alimlə MÜSAHİBƏ
 Şərur rayonunun Kərimbəyli kəndində tibbi aksiya: 98 nəfər müayinə olunub   
 Suraxanı Tibb Mərkəzində “Bronxial astma tutmalarının idarəedilməsi” mövzusunda təlim keçirilib   
 Daun sindromlu azyaşlı həkimlərin operativ müdaxiləsi sayəsində həyata qaytarılıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
 Mərkəzi Klinikanın ümumi cərrahı Böyük Britaniyada beynəlxalq konqresdə çıxış edib   
 Qobustan RMX-da mürəkkəb cərrahi əməliyyat icra olunub   
Binəqədi Tibb Mərkəzinin ümumi cərrahı Asif Qaranizadə - Həkimlərimizi tanıyaq!
 Ordubad rayonunun Nüsnüs kəndində tibbi AKSİYA   
 Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Zəfər Abidəsini və Muzeyini ziyarət edib   
Kardioloq:
 Mərkəzi Gömrük Hospitalında elmi dərəcəsi olan mütəxəssislərlə görüş olub   
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib