Agentlik: Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 210 nəfər yaşayır
01.10.2026 13:30

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bilgəh qəsəbəsində yerləşən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda dövlət himayəsində 210 nəfər yaşayır. Onlardan 107-si kişi, 103-ü isə qadındır.

 

Bu barədə Aztibb.az-a Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, müəssisəyə yaşı 70 və 70-dən yuxarı olan, tamamilə və ya qismən özünəqulluq qabiliyyətini itirən, psixi və yoluxucu xəstəliyi olmayan, eləcə də qulluq edə biləcək yaxın qohumu və qanuni nümayəndələri olmayan şəxslər qəbul edilirlər. Ahıl şəxslərə stasionar formada xidmət göstərilir. Müəssisədə sakinlərin fərdi ehtiyacları nəzərə alınmaqla sosial iş və sosial reabilitasiya tədbirləri həyata keçirilir. Sakinlər sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlərə cəlb olunurlar. Bununla yanaşı, müəssisədə ahılların asudə vaxtlarının səmərəli keçirilməsi üçün müxtəlif tədbirlər, gəzintilər və ekskursiyalar təşkil edilir. Eləcə də onların idman yarışlarında, gimnastika məşğələlərində və yaradıcılıq fəaliyyətlərində iştirakı təmin olunur.

 

Qeyd edək ki, hər il oktyabrın 1-i dünyada, o cümlədən Azərbaycanda Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.

 

Bu günün təsis edilməsində məqsəd yaşlı insanların cəmiyyətdəki roluna diqqət çəkmək, onların hüquqlarının və ləyaqətinin qorunmasına, sosial və iqtisadi rifahının təmin olunmasına diqqəti artırmaqdır. Bu gün yaşlı insanların cəmiyyətin ayrılmaz hissəsi olduğunu vurğulamaqla yanaşı, onların təcrübə və biliklərinin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini önə çıxarır.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə