Gənc mütəxəssislər üçün “Minimal invaziv mitral qapaq təmiri” kursu təşkil olunub  
01.10.2026 10:14
29 sentyabr – Dünya Ürək Günü münasibətilə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən gənc mütəxəssislər üçün “Minimal invaziv mitral qapaq təmiri” kursu təşkil olunub.
 
Bu məlumat Aztibb.az-a Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətindən verilib.
 
Bildirilib ki, Mərkəzi Klinikada keçirilən kurs TİKA-nın dəstəyi ilə yaradılmış müasir Simulyasiya Mərkəzində keçirilib. Regionda nadir nümunələrdən biri olan mərkəz müasir miniinvaziv endoskopik cərrahiyyə üzrə təlim manekenləri və xüsusi avadanlıqlarla təchiz olunub.
 
Kurs çərçivəsində iştirakçılara mitral qapaq cərrahiyyəsində minimal invaziv yanaşmalar və müasir cərrahi üsullar barədə nəzəri məlumatlar təqdim olunub, daha sonra xüsusi simulyatorlar üzərində praktiki məşğələlər keçirilib. Təlim zamanı real kardiocərrahi əməliyyatların simulyasiya edilmiş versiyaları üzərində işləyən iştirakçılar cərrahi texnikalarını və praktiki bacarıqlarını təkmilləşdirmək imkanı əldə ediblər.
 
Qeyd edək ki, “Minimal invaziv mitral qapaq təmiri” kursu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 4 kredit balı ilə qiymətləndirilib.
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə