Günəşli günlər azaldısa, D vitamini də azalır? Payızda vitamin ehtiyatını qorumağın yolları
01.10.2026 08:04

Payızın gəlişi ilə günəşli havaların yerini buludlu günlərə verməsi orqanizmin əsas ehtiyaclarından biri olan D vitamini balansını yenidən gündəmə gətirib. Yay boyunca günəş şüalarının təsiri ilə toplanan D vitamininin səviyyəsinin payız və qış aylarında əhəmiyyətli dərəcədə azalması müşahidə olunur.

Aztibb.az "Posta" saytına istinadən yazır ki, mütəxəssislər “günəş vitamini” kimi tanınan bu vacib vitaminin çatışmazlığı zamanı immun sisteminin zəifləyə, xroniki yorğunluq, sümük və əzələ ağrıları, eləcə də mövsümi depressiya kimi problemlərin yarana biləcəyinə diqqət çəkirlər. Bəs günəşin təsirinin azalmağa başladığı bu dövrdə D vitamini ehtiyatlarını necə qorumaq olar?

Payızda D vitamini ehtiyatlarını qorumağın 4 effektiv yolu

Günəşdən maksimum faydalanın: Hava buludlu olsa belə, UV-B şüalarının nisbətən daha dik düşdüyü günorta saatlarında – 11:00–15:00 arasında – 15–20 dəqiqə ərzində qol və üzü açıq şəkildə açıq havada vaxt keçirmək D vitamininin sintezinin davam etməsinə kömək edə bilər.

Qidalanmanıza diqqət edin: D vitamini qida məhsullarında məhdud miqdarda olsa da, qızılbalıq, skumbriya və sardina kimi yağlı balıqlar, yumurta sarısı, qaraciyər və göbələk kimi məhsulları payız menyusuna daxil etmək D vitamini qəbulunu artırmağa kömək edə bilər.

Sağlam yağlarla birlikdə qəbul edin: D vitamini yağda həll olunan vitamindir. Buna görə D vitamini ilə zəngin qidaların və ya əlavələrin zeytun yağı, avokado və ya çərəzlər kimi sağlam yağlarla birlikdə qəbul edilməsi onun orqanizmdə mənimsənilməsini artıra bilər.

Vitamin əlavələrindən şüurlu istifadə edin: Yaşa, həyat tərzinə və mövcud qan göstəricilərinə görə hər bir insanın D vitamininə olan ehtiyacı fərqlidir. Payızın əvvəlində qan analizi etdirərək həkim nəzarəti altında uyğun dozada vitamin əlavəsinə başlamaq daha təhlükəsiz yanaşmadır.

Günəş şüalarının azaldığı bu keçid dövründə düzgün qidalanma, müntəzəm olaraq açıq havada olmaq və həkim nəzarəti ilə görülən tədbirlər sayəsində payız fəslini daha gümrah və sağlam keçirmək mümkündür.

ÇOX OXUNANLAR
 Şərur rayonunun Kərimbəyli kəndində tibbi aksiya: 98 nəfər müayinə olunub   
90 yaşlı alimlə MÜSAHİBƏ
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
 TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb   
İsmayıllı RMX-nın iki əməkdaşı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib
 Suraxanı Tibb Mərkəzində “Bronxial astma tutmalarının idarəedilməsi” mövzusunda təlim keçirilib   
 Daun sindromlu azyaşlı həkimlərin operativ müdaxiləsi sayəsində həyata qaytarılıb   
 Ağır əl travması alan pasiyentin III, IV və V barmaqları amputasiyadan xilas edilib - Tədris Cərrahiyyə Klinikasında    
 Mərkəzi Klinikanın ümumi cərrahı Böyük Britaniyada beynəlxalq konqresdə çıxış edib   
Daşkəsəndə tanınmış ginekoloq uzun sürən xəstəlikdən sonra vəfat edib
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
 Qobustan RMX-da mürəkkəb cərrahi əməliyyat icra olunub   
Binəqədi Tibb Mərkəzinin ümumi cərrahı Asif Qaranizadə - Həkimlərimizi tanıyaq!
 Azərbaycanda ÜST-nin MOSAIC alətinin təqdimatı: Psixi sağlamlıqla bağlı stiqmanın azaldılması istiqamətində əməkdaşlığa əsaslanan yanaşma   
 Ordubad rayonunun Nüsnüs kəndində tibbi AKSİYA