İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub  
30.09.2026 10:47

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında səmərəli əməkdaşlıq reabilitasiya vasitələri ilə təminat sistemini də əhatə edir. Son illər ölkəmizdə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növləri ÜST-nin təsnifatına uyğun qruplaşdırılıb və bu növlərin sayı 57-dən 130-a çatdırılıb.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Aztibb.az-a verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev nazirlikdə ÜST-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Hande Harmancı ilə keçirilən görüşdə bildirib.

 

O, Prezident İlham Əliyevin tapşırıqları əsasında son illər ölkəmizdə aparılan sosial islahatlar çərçivəsində əlillik və reabilitasiya sistemlərinin təkmilləşdirilməsi istiqamətində atılan addımları diqqətə çatdırıb.

 

Bu islahatlarda ÜST ilə birgə fəaliyyətə də xüsusi önəm verildiyi, uğurlu əməkdaşlıq təcrübəsinin qarşıdakı dövrdə daha geniş miqyaslı əməkdaşlıq üçün möhkəm zəmin yaratdığı vurğulanıb. Əhalinin icbari tibbi sığortası sahəsində həyata keçirilən islahatlar, innovativ həllərin tətbiqi, xidmətlərin çevikliyinin və əlçatanlığının artırılması üçün aparılan işlər barədə məlumat verilib.

 

Hande Harmancı ölkəmizdə aparılan sosial islahatlar, ÜST və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlığına dair müsbət fikirlərini ifadə edib. Görüşdə əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində ÜST ilə əməkdaşlıq imkanları müzakirə edilib.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə