Dənizlərdə zərərli yosun çiçəklənmələrinə qarşı yeni texnologiya  
02.10.2026 13:19

Çin Elmlər Akademiyasının alimlərin hazırladığı modifikasiya edilmiş gil texnologiyası bir sıra ölkələrdə zərərli yosun çiçəklənmələrinin nəzarətdə saxlanılması məqsədilə tətbiq olunur.

 

Aztibb.az bu barədə english.cas.cn-ə istinadla məlumat verir.

 

Texnologiyanın hazırlanmasına səbəb Çində üç onillikdən əvvəl akvakultura təsərrüfatlarına ciddi zərər vuran zərərli yosun çiçəklənməsi olub. Belə hadisələr zamanı dəniz suyunun rəngi dəyişir, balıqlar və digər su canlıları kütləvi şəkildə məhv ola bilir. Tədqiqatçılar məhz bu problemin qarşısının alınması üçün modifikasiya edilmiş gil əsasında yanaşma hazırlayıblar.

 

Yeni texnologiyanın əsas məqsədi dəniz suyunda zərərli yosunların yaratdığı təhlükəni azaltmaqdır. Çin alimlərinin hazırladığı üsul artıq Malayziya və Türkiyə də daxil olmaqla bir sıra ölkələrdə tətbiq edilir. Akademiyanın məlumatında qeyd olunur ki, texnologiyanın daha geniş yayılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün 15 ölkənin iştirak etdiyi təşəbbüs də həyata keçirilir.

 

Texnologiyanın tətbiqinə dair nümunələrdən biri Türkiyənin İzmir körfəzində həyata keçirilən işlərdir. Çin Elmlər Akademiyasının materialında burada modifikasiya edilmiş gildən istifadə etməklə zərərli yosun çiçəklənmələrinin qarşısının alınmasına yönəlmiş təlim və praktiki fəaliyyətlərin aparıldığı bildirilir.

 

Zərərli yosun çiçəklənmələri yalnız dəniz ekosistemləri üçün deyil, həm də balıqçılıq və akvakultura təsərrüfatları üçün ciddi iqtisadi risk yaradır. Buna görə belə hadisələrin erkən müəyyənləşdirilməsi və yayılmasının məhdudlaşdırılması müasir ekoloji elmin və dəniz texnologiyalarının mühüm istiqamətlərindən biri hesab olunur.

 

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir