Yuxunu yaxşılaşdıran gecə qidaları ilə bağlı tövsiyə - Elmi sübutlar hələ məhduddur
25.09.2026 09:48

Yatmazdan əvvəl bəzi qidaların qəbulu yuxuya müsbət təsir göstərə bilər. Bununla belə, mütəxəssislər gecə saatlarında əsasən sağlam olmayan və həddindən artıq kalorili qidalardan uzaq durmağın daha vacib olduğunu bildirirlər.

Aztibb.az "Medvestik"ə istinadən yazır ki, yumurta, banan, xurma, süd, yerfındığı və quş ətində olan triptofan adlı əvəzolunmaz amin turşusunun yuxuya kömək etdiyi düşünülür. Triptofanla zəngin qidaların karbohidratlarla birlikdə qəbulu bu maddənin orqanizm tərəfindən mənimsənilməsini artıra bilər. Bu baxımdan toyuqlu sendviç, tam taxıllı çörəklə yerfındığı yağı, kiçik porsiya yulaf sıyığı və ya südlə tam taxıllı müsli kimi qidalar uyğun seçim hesab olunur.

Lakin triptofanla zəngin qidaların yuxuya birbaşa təsiri barədə elmi sübutlar hələ məhduddur. İspaniyada 11 mindən çox universitet tələbəsinin iştirakı ilə aparılan araşdırmada daha az triptofan qəbul edən şəxslərdə yuxu keyfiyyətinin aşağı olduğu müşahidə edilib. Bununla belə, nəticələrin iştirakçıların öz qiymətləndirmələrinə əsaslandığı nəzərə alınmalıdır.

Triptofan orqanizmdə serotoninin, serotonin isə yuxu-oyanıqlıq dövrünün tənzimlənməsində mühüm rol oynayan melatoninin yaranmasında iştirak edir. Bağırsaq mikrobiomu da beyinlə bağırsaq arasındakı mürəkkəb əlaqə – “bağırsaq-beyin oxu” vasitəsilə yuxu keyfiyyətinə təsir göstərə bilər.

Araşdırmalar liflə zəngin qidalanmanın daha uzun dərin yuxu və gecə daha az oyanma ilə əlaqəli olduğunu göstərir. Amsterdam Vrije Universitetinin 147 sağlam insan üzərində apardığı araşdırmada da yüksək lifli qidalanmanın yuxu keyfiyyətini yaxşılaşdırdığı müəyyən edilib.

Mütəxəssislərin fikrincə, lif bağırsaq mikroorqanizmləri tərəfindən fermentasiya olunaraq butirat kimi qısa zəncirli yağ turşularının yaranmasına səbəb olur. Bu maddələr serotonin sintezinə təsir göstərə bilər.

Yuxu və bağırsaq mikrobiomu arasında qarşılıqlı əlaqə mövcuddur. Keyfiyyətsiz yuxu bağırsaq mikrobiomunun balansını poza, bu isə yuxu problemlərini daha da dərinləşdirə bilər. Eyni zamanda yuxu pozuntuları yağ və karbohidratlarla zəngin, yüksək kalorili qidalara istəyi artıra bilər. Belə ultra-emal olunmuş qidaların çox istehlakı isə öz növbəsində yuxu keyfiyyətinin pisləşməsi ilə əlaqələndirilir.

Yatmazdan əvvəl ağır və ultra-emal olunmuş qidalardan uzaq durmaq, gün ərzində isə liflə zəngin və balanslı qidalanmaya üstünlük vermək yuxu keyfiyyətinin dəstəklənməsinə kömək edə bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda doktoranturaya qəbul üzrə imtahan keçirilib
Tədris Cərrahiyyə Klinikasında yeni doğulmuş körpə üzərində mürəkkəb əməliyyat icra olunub
Bakı Sağlamlıq Mərkəzinin əməkdaşı ÜST-nin səhiyyə işçi qüvvəsinin dayanıqlılığına həsr olunmuş konfransında iştirak edir
Sumqayıt Tibb Mərkəzində maarifləndirici təlim: “Məişət zorakılığına qarşı birlikdə” 
ATU tələbələri üçün ödənişsiz müayinə aksiyası təşkil olunacaq  
50 yaşlı pasiyentdən çəkisi 6 kiloqramdan artıq olan nəhəng mioma cərrahi yolla xaric edilib
 Yeni Klinikanın invaziv kardioloqu beynəlxalq konqresdə həmsədr olub   
 TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb   
Elmi fəaliyyətə dair hesabatların elektronlaşması üzrə təlim