TƏBİB-in Həssas əhali qrupları ilə iş departamentinin Müharibə iştirakçıları ilə iş şöbəsinin müdiri Fatimə Seyidova Tayland Krallığında keçirilən “Sərhədyanı ərazilərdə səhiyyə sisteminin gücləndirilməsi” mövzusunda beynəlxalq təlim kursunda iştirak edib.
Aztibb.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd olunub ki, 3 həftə davam edən təlim proqramında 15 ölkədən mütəxəssislər iştirak edib.
Proqram çərçivəsində sərhədyanı ərazilərdə epidemioloji nəzarət və karantin, həssas əhali qruplarının səhiyyə xidmətlərinə çıxışı, fövqəladə hallara hazırlıq və digər istiqamətlər üzrə nəzəri və praktiki məşğələlər keçirilib.
Həmçinin tibb müəssisələrinə və sərhəd keçid məntəqələrinə səfərlər təşkil olunaraq beynəlxalq təcrübə ilə tanışlıq həyata keçirilib.

