Almatı şəhərində Qazaxıstan Respublikası və Azərbaycan Respublikası səhiyyə nazirliklərinin nümayəndələri arasında əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair görüş keçirilib.
Bu məlumat Aztibb.az-a Səhiyyə Nazirliyindən verilib.
Görüş zamanı tərəflər Qazaxıstan və Azərbaycanın sanitariya-epidemioloji xidmətlərinin əsas fəaliyyət istiqamətlərini, dövlət sərhədinin sanitariya mühafizəsi və sanitariya-karantin nəzarəti məsələlərini müzakirə ediblər.
Görüşün yekununda Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin Komitəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzi arasında əhalinin sanitariya-epidemioloji salamatlığı və sanitariya-epidemioloji nəzarət sahəsində əməkdaşlığa dair Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

