Sabunçu Tibb Mərkəzində mürəkkəb cərrahi əməliyyat   
14.09.2026 14:46
Sabunçu Tibb Mərkəzində 26 yaşlı pasiyent üzərində üst çənənin cərrahi yolla genişləndirilməsi – SARPE (Surgically Assisted Rapid Palatal Expansion) əməliyyatı icra olunub.
 
Mərkəzdən Aztibb.az-a bildirilib ki, pasiyent posterior çarpaz dişləmə və üst və alt çənə qövsləri arasında transversal uyğunsuzluq şikayətləri ilə müraciət edib.
Pasiyentin skelet inkişafı tamamlandığından yalnız ortodontik müalicə ilə üst çənənin skelet səviyyəsində genişləndirilməsi məhdud olub. Bu səbəbdən müalicə planına cərrahi genişləndirmə daxil edilib.
 
Ümumi anesteziya altında icra olunan SARPE əməliyyatı zamanı üst çənənin skelet səviyyəsində genişləndirilməsi təmin edilib.
 
Əməliyyat Sabunçu Tibb Mərkəzinin Üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri, həkim-cərrah T.Ü.F.D Vüqar Qurbanov və şöbənin həkim-cərrahı Musa Əhmədov tərəfindən həyata keçirilib.
 
Əməliyyat uğurla yekunlaşıb. Pasiyentin vəziyyəti stabildir və hazırda Üz-çənə cərrahiyyəsi şöbəsində müalicəsini davam etdirir.
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Qazaxda ana və körpənin həyatı xilas edilib
Saatlı Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə AKSİYASI
 Ağdaşın Xınaqlı kəndində səyyar tibbi müayinələr keçirilib     
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub
Pirallahı Tibb Mərkəzində təlim: “Yıxılma riskinin qiymətləndirilməsi və ehtiyat tədbirlərinin görülməsi”
Dəridə səpgilər nədən xəbər verir?
Ağdərə rayonunun Vəngli kəndində səyyar tibbi aksiya təşkil olunub
Professor Vəfa Pənahianın 60 illik yubileyi qeyd olunub
TƏBİB əməkdaşları kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunub
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz deformasiyalarının korreksiyasına dair çoxkomponentli cərrahi əməliyyat icra edilib
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Diabetlilər üçün qida seçimləri