Ortoped payız ayaqqabısı seçərkən əsas məqamlara diqqət çəkib
14.09.2026 09:18

Payız ayaqqabısının altlığı qalın, burun hissəsi isə barmaqları sıxmamalıdır

Ortoped Andrey Litvinenko payız aylarında ayaq sağlamlığını qorumaq üçün ayaqqabı seçərkən diqqət edilməli məqamları açıqlayıb.

 

Aztibb.az "İzvestiya" nəşrinə istinadən yazır ki, onun sözlərinə görə, mövsümlərarası ayaqqabı rahat olmalı, hava şəraitinə uyğun seçilməli və ayaqları nəmdən etibarlı şəkildə qorumalıdır.

Mütəxəssis bildirib ki, payız havasında ayaqların nə həddindən artıq soyumasına, nə də tərləməsinə imkan verən modellərə üstünlük verilməlidir. Ayaqqabının altlığının kifayət qədər qalın olması vacibdir. Bu, gölməçə və palçıqda rahat hərəkət etməklə yanaşı, asfalt, beton və səki daşları üzərində yeriyərkən yaranan zərbə yükünü də azaltmağa kömək edir.

Ortoped xüsusilə dar və ucu sivri ayaqqabılardan uzaq durmağı tövsiyə edib. Onun sözlərinə görə, ayaqqabının ön hissəsində barmaqların sərbəst hərəkəti üçün kifayət qədər yer olmalıdır. Daban hissəsi isə ayağı yaxşı saxlamalı və onun içəriyə və ya çölə doğru əyilməsinin qarşısını almalıdır. Supinatorlu içlikdən istifadə də məqsədəuyğun hesab olunur.

Həkim payız üçün müasir membran materiallardan hazırlanmış ayaqqabıların da yaxşı seçim ola biləcəyini qeyd edib. Belə materiallar nəmin ayaqdan uzaqlaşdırılmasına və ayağın nəfəs almasına imkan verir, eyni zamanda yağış zamanı ayaqqabının islanmasının qarşısını almağa kömək edir.

Mütəxəssislər daha əvvəl də ayaqqabının ayağı sıxmamasının vacibliyini vurğulayıblar. Həddindən artıq böyük və ya dar ayaqqabı ayağın sabitliyinə və rahatlığına mənfi təsir göstərə, ağrı, qabarcıq və barmaq deformasiyalarına səbəb ola bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Qazaxda ana və körpənin həyatı xilas edilib
Gömrük əməkdaşları üçün insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilib
Saatlı Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə AKSİYASI
 Ağdaşın Xınaqlı kəndində səyyar tibbi müayinələr keçirilib     
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub
Pirallahı Tibb Mərkəzində təlim: “Yıxılma riskinin qiymətləndirilməsi və ehtiyat tədbirlərinin görülməsi”
Dəridə səpgilər nədən xəbər verir?
Ağdərə rayonunun Vəngli kəndində səyyar tibbi aksiya təşkil olunub
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz deformasiyalarının korreksiyasına dair çoxkomponentli cərrahi əməliyyat icra edilib
TƏBİB əməkdaşları kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunub
Professor Vəfa Pənahianın 60 illik yubileyi qeyd olunub
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb