Regionlarda hemofiliyanın müasir müalicə üsulları müzakirə olunub
10.09.2026 12:45

TƏBİB və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının təşkilatçılığı ilə “Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” layihəsi çərçivəsində regionlarda silsilə elmi-praktik seminarlar uğurla keçirilib.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, layihənin məqsədi hemofiliya və qanın laxtalanma pozuntularının müasir müalicəsi sahəsində həkim və xüsusilə orta tibb işçilərinin bilik və bacarıqlarını artırmaq, beynəlxalq təcrübəyə əsaslanan yanaşmaları təşviq etməkdir. 

 

Bu məqsədlə Gəncə Şəhər Birləşmiş Xəstəxanasında, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında, Sumqayıt Tibb Mərkəzində və Quba Rayon Mərkəzi Xəstəxanasında elmi-praktik seminarlar baş tutub.

 

Eyni zamanda, tədbir çərçivəsində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Fizioterapiya şöbəsinə baxış keçirilib, qanaxmaların fəsadlarının aradan qaldırılmasında fizioterapevtik müalicənin rolu barədə müzakirə aparılıb.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub