Azərbaycanda köməkçi məhsullara əlçatanlığın gücləndirilməsi
09.09.2026 10:40

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi, Səhiyyə Nazirliyi, TƏBİB və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə, İrlandiya Höhümətinin dəstəyi ilə Gəncə şəhərində köməkçi məhsullar üzrə təlimlər silsiləsinə start verdi.

 

Bu barədə Aztibb.az-a ÜST-nin Azərbaycan Nümayəndəliyindən xəbət verilib.

 

Bildirilib ki, təlimlər ÜST-nin Learning on TAP rəqəmsal platformasında Köməkçi Texnologiyalar kursundan istifadə edərək keçirilir və bu platforma artıq Azərbaycanca da mövcuddur.

 

İlkin səhiyyə səviyyəsində köməkçi məhsullar üzrə bilik və bacarıqların gücləndirilməsi həm dünyada, həm də Azərbaycanda getdikcə daha vacib əhəmiyyət kəsb edir. Bunun əsas səbəbləri əhalinin qocalması, qeyri-infeksion xəstəliklərin (QİX) artması və əlilliklə yaşayan insanların sayının artmasıdır. Köməkçi texnologiyalar üzrə kurs bu qlobal və milli ehtiyaca cavab olaraq, ilkin səhiyyə işçilərini köməkçi texnologiyalara olan ehtiyacın müəyyənləşdirilməsində mühüm rol oynamağa hazırlayır. Rəqəmsal öyrənmə platforması nəzəri və praktiki hissələri birləşdirərək iştirakçılara real vəziyyətlərdə bilik və bacarıqlarını tətbiq etmək imkanı yaradır.

 

Həkim və tibb bacılarının bilik və bacarıqlarına sərmayə qoymaqla, eləcə də rəqəmsal təlim texnologiyalarından istifadə etməklə, Azərbaycanda köməkçi texnologiyaların ilkin səhiyyə xidmətlərinə inteqrasiyası gücləndirilir və daha çox insanın ehtiyac duyduğu köməkçi məhsul və xidmətlərə çıxışının təmin edilməsinə töhfə verilir.

 

Milli tərəfdaşlarla davamlı əməkdaşlıq və İrlandiya Hökumətinin (Government of Ireland ) dəstəyi ilə ÜST köməkçi texnologiyalara bərabər çıxışın genişləndirilməsi və heç kimin diqqətdən kənarda qalmamasının təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb