11 yaşlı oğlan uşağında aşkarlanan orbita sümüklərinin sınığı ilə bağlı mürəkkəb bərpa əməliyyatı icra olunub
07.09.2026 15:46

ATU-nun ağız, üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının ağız-üz-çənə cərrahı, professor Çingiz Rəhimov 11 yaşlı oğlan uşağında aşkarlanan orbita (göz yuvası) sümüklərinin sınığı ilə bağlı mürəkkəb bərpa əməliyyatı həyata keçirib.

 

Bu barədə Aztibb.az-a Klinikadan xəbər verilib.

 

Orbita göz almasını qoruyan sümük strukturlardır. Bu sümüklərin zədələnməsi nəticəsində göz alması öz normal anatomik yerini dəyişir ki, bu da görmə funksiyasında müxtəlif problemlərə səbəb ola bilir. Belə ki, pasiyentdə travmadan sonra kifayət qədər vaxt keçdiyi üçün sümüklər düzgün mövqedə bitişməyib və nəticədə həm funksional, həm də kosmetik dəyişikliklər müşahidə olunub.

 

Professor Çingiz Rəhimovun sözlərinə görə, əməliyyatın əsas məqsədi düzgün bitişməmiş sümükləri təkrar sındırıb (repozisiya/reparasiya) düzgün anatomik mövqedə bərpa etməkdir.

 

Yeni pozisiyada yerləşdirilən sümüklərin mütləq fiksasiya olunması vacibdir. Bunun üçün titan mini-lövhələrdən istifadə edilir. Titan materialının insan orqanizmi tərəfindən tam qəbul edilməsi səbəbindən bu lövhələr ömür boyu bədəndə qala bilir və heç bir zərər vermir. Yalnız nadir hallarda, əsasən pasiyentlərin özlərinin tələbi ilə (bədəndə yad cisim qalmasını istəməmələri səbəbindən) lövhələr çıxarılır.

 

Qeyd edək ki, əməliyyat tam olaraq gözə görünməyən kəsiklərlə aparılıb. Almacıq sümüyünün gözaltı nahiyyədə yerləşdiyini nəzərə alaraq, sınığın olduğu hər üç nöqtədə lokal girişlər toxuma daxilindən həyata keçirilib. Kəsiklərin dəri üzərində deyil, göz qapağının daxili hissəsindən aparılması sayəsində əməliyyatdan sonra pasiyentdə heç bir görünən iz qalmayıb.

 

ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş