Tədris Cərrahiyyə Klinikasında 32 yaşlı pasiyentdə aşkarlanan fəqərəarası disk yırtığı uğurla əməliyyat edilib
07.09.2026 12:09

ATU-nun Neyrocərrahiyyə kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı İsmayıl Qarayev 32 yaşlı qadın pasiyentdə aşkarlanan fəqərəarası disk yırtığının cərrahi müalicəsi barədə Aztibb.az-a məlumat verib.

 

Neyrocərrah İsmayıl Qarayev bildirib ki, pasiyent sol ayağında kəskin, bel nahiyəsindən ayağa və barmaqlara qədər yayılan (irradiasiya edən) ağrılarla klinikaya müraciət edib. Aparılan MRT müayinəsi zamanı L5-S1 səviyyəsində fəqərəarası diskin soltərəfli foraminal və paramedian yırtığı müəyyən edilib.

 

Pasiyentə fəqərəarası disk yırtığının mikroskopik üsulla xaric edilməsi əməliyyatı icra olunub. Əməliyyat zamanı L5-S1 səviyyəsində interlaminar yanaşmadan istifadə edilməklə fəqərə qövsləri arasından nahiyəyə daxil olunub, disk yırtığı xaric edilib və sinir kökü tam şəkildə kompressiyadan azad edilib.

 

İsmayıl Qarayev qeyd edib ki, bel və ayağa yayılan ağrılara səbəb olan fəqərəarası disk yırtıqlarına müxtəlif yaş qruplarında rast gəlmək mümkündür. Bu patologiyalar daha çox 30-50 yaş aralığında müşahidə olunsa da, daha gənc və yaşlı pasiyentlərdə də meydana çıxa bilər.

 

Neyrocərrah bildirib ki, cərrahi müdaxilənin nəticəsi və mümkün fəsadlar əməliyyatın düzgün və dəqiq icra olunmasından asılıdır. Müasir cərrahi yanaşmalarla və yüksək dəqiqliklə icra edilən əməliyyatlarda fəsadların yaranma riski minimaldır.

 

Həkimin sözlərinə görə, əməliyyatdan sonra fəqərəarası disk yırtığının təkrarlanması, yəni residiv yırtığın yaranması da mümkündür. Bu hal dünya üzrə təxminən 3-5 faiz pasiyentdə müşahidə olunur.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Dərmanların qaraciyərə toksik təsiri müzakirə olunub