Kələm bir çox xəstəliklər zamanı əvəzsiz qida mənbəyidir
23.11.2020 18:09

Kələm ilin bütün fəsillərində yetişdirilməsi mümkün olan bostan bitkilərindəndir. Qalın yarpağı hətta qarlı qışda da onu qoruyur. Həkimlər mədə, onikibarmaq bağırsağın xoraları, kolit, qastrit, ateroskleroz və s. xəstəliklər zamanı kələmin əvəzsiz qida mənbəyi olduğunu söyləyirlər.

 

Aztibb.az tibbi saytlara istinadla xəbər verir ki, sarılıq və dalaq xəstəliklərinin müalicəsində kələm şirəsinin daxilə qəbul edilməsi tövsiyə olunur. Şəkərlə bişirilmiş kələm şirəsi sərxoşları ayıltmaq üçün istifadə edilir. Ağız boşluğunun iltihabı prosesləri zamanı su ilə durulaşdırılmış kələm şirəsi ilə qarqara etmək çox faydalıdır. İrinli yara, xora, əzik və yanıqların üzərinə xırda doğranmış kələm yarpaqları qoyulduqda onların sağalması xeyli sürətlənir. Kələmin təzə şirəsi mədə və onikibarmaq bağırsaq xoralarında, qastritdə, qaraciyər, öd daşı, podaqra, ateroskleroz və başqa xəstəliklərdə tətbiq edilir.

 

Bostan kələminin yarpağı yerkökü, çuğundur və qara turpun kök-meyvələrinin şirəsi ilə 100 qram spirtdə qarışdırılır, 4-6 saat müddətində saxlanılıb süzülür və vərəm xəstəliyi əleyhinə istifadə edilir. Onun turşuya qoyulmuş yarpaqları şəkərli diabet əleyhinə də səmərəli vasitədir.

 

Kələm şirəsi mədənin sekresiyasını artırır və turşuluğun azalması ilə gedən qastrit əleyhinə yaxşı təsir göstərir. Bundan başqa bağırsağın fəaliyyətini yaxşılaşdırır, qıcqırmanın qarşısını alır, peristaltikanı sürətləndirir, spastik ağrıları zəiflədir.

 

Kələm piylənmədə əvəzedilməz pəhriz vasitəsidir, çünki qanda xolesterinin miqdarını azaldır, maddələr mübadiləsini, o cümlədən yağ mübadiləsini normallaşdırır. Kələm şirəsi saxlanılanda keyfiyyətini tez itirir. Ona görə də müalicə müddətində hər gün sıxılmalı, emallı və şüşə qabda saxlanılmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib