Kolonoskopiya zamanı polip aşkar edilərsə nə etməli? - Cərrah-proktoloq izah etdi
30.08.2026 13:36

Kolonoskopiya müayinəsi zamanı bağırsaqda polipin aşkarlanması pasiyentlər arasında ən çox narahatlıq doğuran məqamlardan biridir.

 

Aztibb.az xəbər verir ki, cərrah-proktoloq və endoskopist, tibb üzrə fəlsəfə doktoru Anar Əliyevin sözlərinə görə, əksər hallarda polip elə müayinə aparıldığı anda xüsusi endoskopik alətlər vasitəsilə tam ağrısız şəkildə kəsilərək xaric edilir (polipektomiya icra olunur).

Çıxarılan toxuma nümunəsi dərhal laboratoriyaya – histopatoloji müayinəyə göndərilir. Bu analiz polipin hüceyrə strukturunu, onun xoşxassəli xarakter daşıdığını və ya gələcəkdə bədxassəli şişə çevrilmə riski (onkoloji potensialı) olub-olmadığını dəqiqləşdirməyə imkan verir.

Həkim vurğulayır ki, poliplərin vaxtında aşkarlanaraq çıxarılması və erkən müdaxilə gələcəkdə yarana biləcək kolorektal xərçəng kimi ciddi fəsadların və ağırlaşmaların qarşısını 100%-ə qədər almaq gücünə malikdir. Bu səbəbdən profilaktik endoskopik müayinələr həyati əhəmiyyət kəsb edir.

Kolonoskopiya zamanı polip aşkarlandıqda təşvişə düşməyə əsas yoxdur. Polipin ölçüsündən və sayından asılı olaraq xəstəyə fərdi nəzarət planı tərtib edilir. Beləliklə, bağırsaq divarında yeni törəmələrin əmələ gəlmə ehtimalı illər öncədən tam nəzarətə götürülür.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub