Şəkərdən daha təhlükəli olduğu müəyyənləşib - Saqqız və nanəli konfetlərdəki ksilitol infarkt riskini artırır
29.08.2026 10:46

Saqqız, nanəli konfetlər və pəhriz məhsullarında geniş istifadə olunan süni dadlandırıcı ksilitolun infarkt və insult riskini artıra biləcəyi müəyyən edilib. 17 mindən çox insanın 30 il ərzində izlənildiyi araşdırma bu maddənin qanın laxtalanma prosesinə təsir göstərə biləcəyini ortaya qoyub.

Aztibb.az "Doctpr Piter" saytına istinadən yazır ki, ictimaiyyətdə şəkərdən daha sağlam alternativ kimi qəbul edilən süni dadlandırıcılarla bağlı elm dünyasından mühüm xəbərdarlıq gəlib. Saqqız, nanəli konfetlər və pəhriz məhsullarında geniş istifadə olunan ksilitolun ürək-damar xəstəlikləri, o cümlədən infarkt və insult riskinə təsir göstərə biləcəyi müəyyənləşdirilib.

17 mindən çox insan 30 il ərzində izlənilib

Berlin Universitet Xəstəxanasının mütəxəssisi, doktor Marko Vitkovskinin rəhbərlik etdiyi tədqiqat qrupu 17 710 iştirakçının 30 il ərzində toplanmış sağlamlıq məlumatlarını təhlil edib.

Avropa Kardiologiya Cəmiyyətinin (ESC) illik konqresində təqdim olunan araşdırmaya əsasən, qanında ksilitol səviyyəsi yüksək olan şəxslərin 6 illik müşahidə dövründə ağır ürək-damar hadisəsi keçirmə riski 57 faiz daha yüksək olub.

30 illik müşahidə müddətində isə həmin şəxslərdə infarkt, insult və ya ölüm riskinin 18 faiz artdığı müəyyən edilib.

Qanın xüsusiyyətlərini dəyişdirərək laxtalanmanı stimullaşdıra bilər

Araşdırma yüksək miqdarda ksilitol qəbulunun qanın axıcılığına təsir göstərə biləcəyini göstərib. Bildirilir ki, bu dadlandırıcı qanın daha qatı və yapışqan hala gəlməsinə səbəb olaraq damar daxilində qan laxtalarının yaranması riskini artıra bilər.

Tədqiqatın rəhbəri doktor Marko Vitkovski əldə olunan nəticələrin süni dadlandırıcıların uzunmüddətli təsirləri barədə mövcud elmi məlumatların hələ məhdud olduğunu göstərdiyini bildirib.

ESC-nin Kommunikasiya Komitəsinin üzvü, professor Dan Atar da ksilitolun ürək-damar sağlamlığına mümkün mənfi təsirlərinə diqqət çəkib.

Digər süni dadlandırıcılar da araşdırılır

Süni dadlandırıcılarla bağlı elmi xəbərdarlıqlar yalnız ksilitolla məhdudlaşmır.

Sorbitol: 2025-ci ildə Science Signaling jurnalında dərc olunan araşdırmaya əsasən, dondurma və şirniyyat məhsullarında istifadə olunan sorbitolun qaraciyər piylənməsinə səbəb ola və xərçəng riskini artıra biləcəyi bildirilir.

Aspartam: Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ildə pəhriz içkilərində geniş istifadə olunan aspartamı “mümkün kanserogen” kateqoriyasına daxil edib.

Bağırsaq sağlamlığı: Kembric Universitetinin tədqiqatçıları isə bu tip dadlandırıcıların bağırsaq mikrobiotasında faydalı bakteriyalara mənfi təsir göstərə biləcəyini bildirirlər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub