Çində beş yaşlı qız uşağı 50 qramlıq qızıl külçə udub
28.08.2026 14:13

Çində beş yaşlı qız uşağı çəkisi 50 qram olan qızıl külçəni təsadüfən udub. Yad cisim təxminən altı saat uşağın mədəsində qaldıqdan sonra o, təcili tibbi yardım üçün paytaxtın Uşaq Tibb Mərkəzinə çatdırılıb. Hadisə barədə paytaxt Pediatriya İnstitutundan məlumat verilib.

Aztibb.az "Medvestnik"ə istinadən yazır ki, qız evdə uzunluğu 4,5 santimetr olan qızıl külçəni təsadüfən udub. Valideynləri uşağı bir neçə xəstəxanaya aparsalar da, orada təcili endoskopik müdaxilə ilə yad cismin çıxarılması mümkün olmayıb və uşaq ixtisaslaşmış tibb mərkəzinə yönləndirilib.

Xəstəxanaya yerləşdirildikdən sonra aparılan rentgen müayinəsi qızıl külçənin mədədə qaldığını təsdiqləyib. Həkimlər vəziyyəti potensial təhlükəli kimi qiymətləndiriblər.

Həkimlər ümumi anesteziya altında təcili endoskopik müdaxiləyə hazırlıq görüblər. Prosedur zamanı külçənin mədə boşluğunda yerləşdiyi və burada manipulyasiya üçün kifayət qədər məhdud sahənin olduğu müəyyən edilib.

Endoskopik briqada xüsusi ilgək vasitəsilə yad cismi tutaraq onu həzm traktının təbii yolu ilə ehtiyatla xaric edib. Çıxarılma prosesi cəmi bir neçə dəqiqə davam edib və qızıl külçə bütöv şəkildə mədədən çıxarılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub