Yoğun bağırsaq xərçəngindən qorunmaq mümkündürmü? Erkən diaqnoz həyat qurtarır
27.08.2026 11:27

Yoğun bağırsaq xərçəngi dünyada geniş yayılmış onkoloji xəstəliklərdən biridir. Xəstəliyin erkən mərhələdə aşkarlanması müalicənin effektivliyi və sağalma şansının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan risk faktorlarının və ilkin əlamətlərin vaxtında tanınması, eləcə də profilaktik müayinələrin aparılması xüsusi önəm daşıyır.

Aztibb.az xəbər verir ki, qastroenteroloq-endoskopist Rəfael Həsənovun sözlərinə görə, yoğun bağırsaqda yaranan bəzi poliplər zamanla bədxassəli törəmələrə çevrilə bilər və onların erkən aşkarlanaraq çıxarılması xərçəngin inkişaf riskini əhəmiyyətli dərəcədə azalda bilər.

“Yoğun bağırsaq xərçənginin qarşısının alınmasında əsas məqamlardan biri xəstəliyə çevrilə biləcək dəyişikliklərin erkən mərhələdə müəyyən edilməsidir. Xüsusilə bağırsaqda yaranan poliplərin vaxtında aşkarlanması və uyğun müalicəsi gələcəkdə xərçəngin inkişafının qarşısının alınmasına kömək edə bilər”, – deyə həkim bildirib.

Mütəxəssis qeyd edib ki, qanlı nəcis yoğun bağırsaq xəstəliklərinin mühüm xəbərdaredici əlamətlərindən biridir. Bununla yanaşı, bağırsaq vərdişlərində davamlı dəyişiklik, uzunmüddətli qəbizlik və ya ishal, qarında ağrı və köp, eləcə də səbəbsiz çəki itkisi də diqqətdən kənarda qalmamalıdır.

Dəmir çatışmazlığı və buna bağlı halsızlıq da bəzi hallarda yoğun bağırsaqda gizli qanaxmanın göstəricisi ola bilər. Bu səbəbdən səbəbi müəyyən edilməyən dəmir çatışmazlığı aşkarlandıqda problemin mənbəyinin araşdırılması vacibdir.

Rəfael Həsənovun sözlərinə görə, yalnız şikayətlərin yaranmasını gözləmək düzgün yanaşma deyil. Risk qrupunda olan şəxslərdə profilaktik müayinələr xəstəliyin və xərçəngönü dəyişikliklərin erkən aşkarlanmasına imkan verir.

Kolonoskopiya yoğun bağırsağın daxili səthinin birbaşa qiymətləndirilməsinə, poliplərin və digər şübhəli dəyişikliklərin aşkarlanmasına, zərurət olduqda isə poliplərin götürülməsinə imkan verən mühüm müayinə üsuludur.

“Qanlı nəcis, bağırsaq vərdişlərində uzunmüddətli dəyişiklik, davamlı qəbizlik və ya ishal, qarın ağrısı, səbəbsiz çəki itkisi və dəmir çatışmazlığı kimi əlamətlər olduqda həkimə müraciəti gecikdirmək olmaz. Erkən aşkarlama bir çox hallarda müalicə imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdırır”, – deyə mütəxəssis vurğulayıb.

Sağlamlığınızı qorumaq üçün şikayətləri gözardı etməyin, risk faktorlarınızı həkimlə müzakirə edin və yaşınıza və fərdi risklərinizə uyğun profilaktik müayinələrdən vaxtında keçin.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub