Hepatoloq: Hərəkətsiz həyat tərzi qaraciyəri də “yaşlandıra” bilər
26.08.2026 11:41

Müasir həyat tərzində uzun müddət oturmaq, fiziki aktivliyin azalması və qeyri-sağlam qidalanma yalnız artıq çəki və ürək-damar problemləri ilə deyil, qaraciyərin sağlamlığı ilə də əlaqələndirilir. Xüsusilə hərəkətsizlik və balanssız qidalanma qaraciyərdə piylənmənin yaranması və metabolik pozuntuların inkişafı üçün risk yarada bilər.

Aztibb.az xəbər verir ki, hepatoloq Dr. Tofiq Əkbərovun sözlərinə görə, qaraciyərin sağlamlığının qorunmasında gündəlik fiziki aktivlik və düzgün qidalanma mühüm rol oynayır. Onun sözlərinə görə, uzun müddət hərəkətsiz qalmaq, artıq çəki, yüksək kalorili və şəkərlə zəngin qidaların həddindən artıq qəbulu qaraciyərdə yağ toplanmasına və zamanla daha ciddi problemlərin yaranmasına səbəb ola bilər.

“Qaraciyər xəstəlikləri uzun müddət heç bir aşkar əlamət vermədən inkişaf edə bilər. Lakin bəzi hallarda davamlı yorğunluq, qarında, xüsusilə sağ qabırğaaltı nahiyədə ağırlıq və narahatlıq, iştahanın dəyişməsi, yuxu problemləri, dəri və gözlərdə saralma kimi əlamətlər müşahidə oluna bilər. Bu simptomların hər biri mütləq qaraciyər xəstəliyi demək deyil, lakin davamlı olduqda həkim müayinəsi vacibdir”, – deyə mütəxəssis bildirib.

Həkim qeyd edib ki, qaraciyərin qorunması üçün gün ərzində daha çox hərəkət etmək, uzunmüddətli oturaq fasilələri azaltmaq, çəkiyə nəzarət etmək və tərəvəz, meyvə, tam taxıl məhsulları, zülal mənbələri ilə zəngin, balanslı qidalanmaya üstünlük vermək lazımdır.

“Qaraciyər sağlamlığına diqqət yalnız xəstəlik yarandıqdan sonra deyil, profilaktik mərhələdə göstərilməlidir. Müntəzəm fiziki aktivlik, düzgün qidalanma və risk faktorları olan şəxslərdə vaxtında tibbi müayinələr qaraciyərin sağlamlığının uzun müddət qorunmasına kömək edə bilər”, – deyə Dr. Tofiq Əkbərov vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub