Müəllim, şagird, valideynlər üçün onlayn “Psixoloq saatı" fəaliyyətə başlayıb
23.11.2020 14:17

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən onlayn “Psixoloq saatı” fəaliyyətə başlayıb.

 

Aztibb.az xəbər verir ki, idarədən verilən məlumata görə, “Psixoloq saatının” əsas məqsədi müəllim, valideyn və şagirdlərə sosial təcrid günlərində psixoloji dəstək göstərmək, uşaqlarla davranış baxımından valideynlərə düzgün istiqamət vermək, qarşılıqlı münasibətlərdə psixoloji dayanıqlılığını artırmaqdır.

 

“Psixoloq saatı” çərçivəsində TDM-in psixoloq və metodistlərinin müvafiq mövzular üzrə tövsiyələri mərkəzin "Facebook" səhifəsi (https://www.facebook.com/T%C9%99lim%C9%99-D%C9%99st%C9%99k-M%C9%99rk%C9%99zi-429266267416652) vasitəsilə ictimaiyyətə təqdim olunur.

 

"Psixoloq saatı"nda mövcud epidemioloji vəziyyət səbəbindən evdə qalan şagirdlərin, eləcə də bütün vətəndaşların mənəvi-psixoloji dəstəyə zərurət duyduğu mövzularla bağlı müvafiq tövsiyələr verilir. Həmçinin uşaqları uğurlu və yetkin şəxsiyyət kimi formalaşdırmaqla bağlı müvafiq məlumatlar təqdim edilir.

 
Qeyd edək ki, "Psixoloq saatı" hər həftənin IV günü TDM-in "Facebook" səhifəsi vasitəsilə yayımlanır. Mövzu ilə bağlı sual və ya təkliflər TDM-in "Facebook" səhifəsinin mesaj bölməsinə və ya paylaşımın şərh bölməsinə göndərilə bilər.
ÇOX OXUNANLAR
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
I Naxçıvan Beynəlxalq Tibb Günləri keçiriləcək
Qan Donorları Assosiasiyasının sədri Gürcüstanda işgüzar səfərdə olub
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?
Tədris Cərrahiyyə Klinikasında İcbari Tibbi Sığortanın dəstəyi ilə uroloji daş xəstəliklərinin müalicəsi uğurla həyata keçirilir
Həkimlərimizi tanıyaq: Həkim-nevroloq Vüsalə Məmmədova