Respublikada ilk: Döş qəfəsi aortasının anevrizması xüsusi tətbiq olunan üsulla uğurla müalicə edildi 
21.08.2026 18:43

Döş qəfəsi aortasının anevrizması vaxtında müdaxilə tələb edən və həyati risk daşıyan ən təhlükəli damar patologiyalarındandır. Aorta divarının patoloji genişlənməsi ilə xarakterizə olunan bu xəstəlik yırtılma baş verdikdə qısa müddətdə ağır, hətta fatal nəticələrə yol aça bilir.

Aztibb.az xəbər verir ki, Respublika Diaqnostika Mərkəzində (RDM) invaziv radioloq Dr. Ağakişi Yəhyayev tərəfindən döş qəfəsi aortasının böyük anevrizması müasir TEVAR (Thoracic Endovascular Aortic Repair) üsulu ilə uğurla aradan qaldırılıb.

 

Əvvəllər bu tip ağır patologiyalarda əsasən açıq cərrahiyyə tətbiq olunurdusa, ən son endovaskulyar yanaşma kəsiksiz — kiçik giriş dəlikləri vasitəsilə damar daxilindən xüsusi stent-qreftin torakal aortaya yerləşdirilməsinə imkan yaradır. Bu klinik halda aortanın geniş sahəsini əhatə edən anevrizmanın qapalı üsulla müalicəsi aparılıb və bu həcmdə uzun aorta seqmentinin stent-qreftlə örtülməsi respublikada ilk dəfə RDM-də gerçəkləşdirilib.

 

Mürəkkəb müdaxilənin əsas mərhələlərini və uğurlu əməliyyat prosesini videoçarxdan izləyə bilərsiniz.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama