Şişkinlik zamanı hansı analizlər verilməlidir? - Dietoloq açıqladı
19.08.2026 09:47

Dietoloq Natalya Pavlyuk şişkinlik yarandıqda hansı müayinələrdən keçməyin vacib olduğunu açıqlayıb.

 

Aztibb.az  xəbər verir ki, “İzvestiya” nəşrinə açıqlamasında həkim şişkinlik yarandıqda ilk növbədə terapevtə müraciət etmək lazım olduğunu bildirib. 

Mütəxəssisin sözlərinə görə, həkim müayinədən sonra zəruri analizləri təyin edir ki, bu zaman orqanizmdə zülal çatışmazlığını istisna etmək üçün ümumi zülal, albumin və transferrin səviyyələri yoxlanıla, həmçinin ümumi sidik analizi verilə bilər. O əlavə edib ki, şişkinlik həddindən artıq duz qəbulu ilə əlaqəli olan insanlarda, bir qayda olaraq, arterial təzyiq yüksək olur.

Pavlyuk bildirib ki, müayinələrin siyahısı şişkinliyin bədənin hansı nahiyəsində yaranmasından asılıdır. Məsələn, ayaqlarda şişkinlik olduqda həkim aşağı ətraf venalarının ultrasəs müayinəsini təyin edə bilər.

Bundan başqa, şişkinlik allergik mənşəli də ola bilər. Bu, o cümlədən süd məhsullarına qarşı reaksiyanın nəticəsində yarana bilər. Pavlyuk vurğulayıb ki, şişkinlik ağrı ilə müşayiət olunursa, xüsusilə həkimə müraciət etmək və bütün şikayətlər barədə mütəxəssisə ətraflı məlumat vermək lazımdır.

İmmunoloq-allergoloq Vladimir Bolibok bəzi həşəratların dişləməsindən sonra yaranan şişkinliklər barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, dərhal yaranan reaksiya qaşınan qabarcıqla özünü göstərir. Qabarcığın qaşınaraq qanadılması infeksiyanın yaraya düşməsinə səbəb ola bilər. Gecikmiş reaksiya isə bəzən bir, iki gün, hətta bir həftə sonra inkişaf edə bilər. Bu zaman dişləmə yerində bərk şişkinlik və temperaturun yüksəlməsi müşahidə oluna bilər.

Həkim-terapevt Lyudmila Lapa isti havalarda yaranan şişkinliklərə laqeyd yanaşmamağa çağırıb. Onun sözlərinə görə, belə hallarda tromb yaranması riski mövcuddur. Su-duz balansının pozulması da şişkinliklərin yaranmasına səbəb ola bilər. Buna görə kifayət qədər maye qəbul etmək vacibdir.

Həkim-dietoloq Mariyat Muxina sağlam yetkin insan üçün qarpızın gündəlik qəbul edilə bilən miqdarının 500 qramdan çox olmamasını tövsiyə edib. Bu miqdarın aşılması şişkinliyə və arterial təzyiqin kəskin yüksəlməsinə səbəb ola bilər.

Həmçinin neyroqastroenteroloq Andrey Simakov şişkinliklə artıq çəki arasındakı fərqi izah edib. Onun sözlərinə görə, insan gün ərzində az maye qəbul edib, axşam isə maye çatışmazlığını çoxlu miqdarda içki ilə kompensasiya edərsə, səhər saatlarında şişkinlik yarana bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub