"Tennisçi dirsəyi"nin müalicəsində yeni yanaşmalar
18.08.2026 10:57

Professor İrfan Koca "tennisçi dirsəyi"ndə müalicənin yalnız ağrını azaltmağa yönəlməməli olduğunu bildirərək, ilk növbədə dirsəyə düşən yükün azaldılmasının və problemin əsasındakı mexaniki amillərin qiymətləndirilməsinin vacibliyini qeyd edib.

Aztibb.az "T24"ə istinadən yazır ki, həkim xəstəliklə bağlı mühüm məqamları paylaşıb: “Dirsəyin xarici hissəsində ağrı, əşyanı tutmaqda çətinlik və əl biləyindən istifadə zamanı artan şikayətlər xalq arasında ‘tennisçi dirsəyi’ kimi tanınan lateral epikondilopatiyanın əlaməti ola bilər. Tennisçi dirsəyi ön qol əzələlərinin dirsəyin xarici tərəfindəki sümüyə birləşdiyi vətərlərin təkrarlanan gərginlik nəticəsində bu birləşmə nahiyəsində zədələnməsi və ağrılı hala gəlməsi ilə ortaya çıxan vəziyyətdir. Bu problem yalnız tennis oynayanlarda deyil, əl və biləyindən intensiv istifadə edən insanlarda da müşahidə olunur”.

İlk mərhələdə yük azaldılmalıdır

Prof. Dr. İrfan Koca müalicənin başlanğıcında fəaliyyətin tənzimlənməsinin, lazım gəldikdə istirahət edilməsinin və dirsəkliyindən istifadə olunmasının əhəmiyyət daşıdığını bildirib.

“Xəstənin vəziyyətindən asılı olaraq isti-soyuq tətbiqlər, elektroterapiya, fizioterapiya və reabilitasiya proqramları da müalicəyə əlavə edilə bilər”, – deyə o bildirib.

Həkim müalicədə manual terapiya, məşqlər, quru iynələmə, kinezioloji bantlama və neyroterapiyanın da mühüm seçimlər arasında olduğunu qeyd edib. Onun sözlərinə görə, uyğun xəstələrdə proloterapiya, PRP, lokal ozon tətbiqləri, ekzosom və kök hüceyrə əsaslı müalicələr, həmçinin ultrasəs nəzarəti altında hədəfli hidrodissseksiya kimi üsullar da qiymətləndirilə bilər.

Köhnə əməliyyat izləri də qiymətləndirilməlidir

"Tennisçi dirsəyi"ndə yalnız ağrının olduğu nahiyəyə fokuslanmağın kifayət etməyə biləcəyini bildirən Koca bədənin müxtəlif nahiyələrindəki köhnə əməliyyat izləri və çapıq toxumalarının da qiymətləndirilməsinin vacibliyinə diqqət çəkib: “Əməliyyat çapıqları və bununla əlaqəli fassiya gərginlikləri bədənin biomekaniyasına və yükün paylanmasına təsir göstərə bilər. Buna görə də zəruri hallarda çapıq toxumalarının və fassial gərginliklərin boşaldılması da müalicənin bir hissəsi ola bilər”.

Kortizon iynəsi ilk seçim olmamalıdır

Xalq arasında “kortizon iynəsi” kimi tanınan steroid inyeksiyalarının bəzi xəstələrdə qısamüddətli rahatlama təmin edə bildiyini bildirən Prof. Dr. Koca, tennisçi dirsəyində bu üsulun ilkin mərhələdə rutin şəkildə seçilməməli olduğunu vurğulayıb.

Professor bildirib: “Ağrının kortizonla azalması vətərin sağalması demək deyil. Xüsusilə təkrarlanan tətbiqlərdə vətər toxumasına mümkün mənfi təsirlər və şikayətlərin yenidən ortaya çıxma ehtimalı nəzərə alınmalıdır”.

Məqsəd yalnız ağrını aradan qaldırmaq deyil

Tennisçi dirsəyində əsas məqsədin xəstənin dirsəyindən yenidən sağlam və funksional şəkildə istifadə edə bilməsini təmin etmək olduğunu vurğulayan Prof. Dr. Koca müalicənin kompleks şəkildə aparılmalı olduğunu bildirib.

Onun sözlərinə görə, müalicə dirsəyə düşən yükün tənzimlənməsindən əzələ-vətər tutumunun artırılmasına, fassiya və çapıq toxumalarının qiymətləndirilməsindən uyğun müdaxilə müalicələrinə qədər bütöv şəkildə nəzərdən keçirilməlidir.

Prof. Dr. İrfan Koca deyib: “Tennisçi dirsəyində məqsəd yalnız ağrını susdurmaq deyil, ağrıya səbəb olan amilləri müəyyənləşdirərək dirsəyin yenidən sağlam şəkildə istifadəsini təmin etməkdir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub