Mütəxəssislərdən xəbərdarlıq: İlan sancması zamanı edilən ən böyük səhv
18.08.2026 13:40

Təcili tibbi yardım mütəxəssisləri və zəhərlənmələr üzrə məsləhət mərkəzləri bildiriblər ki, ilk yardım çantalarında olan “zəhər pompası” cihazlarının ilan sancması zamanı heç bir klinik faydası yoxdur. Əksinə, bu cihazlar toxuma zədələnməsini artıraraq nekroz riskini yüksəldə bilər.

Aztibb.az "CNN Türk"ə istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, ilan zəhəri sancmadan sonra ilk dəqiqələrdə limfa sistemi ilə yayılmağa başlayır. Vakuum cihazları isə yalnız səthi qan və toxuma mayesini sorur, zəhəri orqanizmdən çıxara bilmir. Bundan əlavə, bu üsula vaxt itirilməsi zərərçəkənin vaxtında tibbi yardım almasını gecikdirə bilər.

Düzgün ilk yardım vacibdir

Beynəlxalq ilk yardım qaydalarına əsasən, ilan sancması zamanı yaranı kəsmək, ağızla sormaq, turniket bağlamaq və zəhər pompasından istifadə etmək qətiyyən tövsiyə edilmir.

Nə etmək lazımdır?

Zərərçəkəni mümkün qədər hərəkətsiz saxlayın və uzandırın.
Şişkinlik yarana biləcəyi üçün üzük, saat və dar geyimləri çıxarın.
Sancılan nahiyəni su və sabunla yuyaraq steril sarğı ilə örtün.
Zədələnmiş ətrafı hərəkətsiz saxlayın.
Aspirin, digər qan durulaşdırıcı preparatlar, alkoqol və kofein qəbulundan çəkinin.

Mütəxəssislər vurğulayırlar ki, ilan sancması təcili tibbi vəziyyətdir və ilk yardım göstərildikdən sonra zərərçəkən mümkün qədər tez tibb müəssisəsinə çatdırılmalıdır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub