İsti hava böyrəklərə mənfi təsir göstərir - Nefroloqdan xəbərdarlıq
17.08.2026 13:54

Yay aylarında temperaturun rütubətlə birlikdə yüksəlməsi, xüsusilə xroniki böyrək xəstəliyi olan və dializ müalicəsi alan pasiyentlər üçün ciddi risklər yarada bilər. Həddindən artıq tərləmə və maye itkisi böyrəklərə gedən qan axınını azalda, kreatinin və elektrolit göstəricilərində sürətli dəyişikliklərə səbəb ola bilər.

Aztibb.az "CNN Türk"ə istinadən yazır ki, Türkiyə Böyrək Fondunun sədri Timur Erk Türkiyədə hər 6–7 nəfərdən birinin xroniki böyrək xəstəliyi riski daşıdığına diqqət çəkərək, isti havalarda kifayət qədər maye qəbul etməyin vacibliyini vurğulayıb. Erk isti havaların böyrək xəstələrinə sağlam insanlarla müqayisədə daha çox təsir göstərə biləcəyini qeyd edərək, “Həddindən artıq istilər və susuzluq böyrəklərin üzərindəki yükü daha da artıracaq” deyib.

Nefroloq, dosent Dr. Nadir Alpay da xüsusilə xroniki böyrək xəstəliyi olan və dializ müalicəsi alan pasiyentlərdə yay aylarında həddindən artıq tərləmə, yüksək temperatur və susuzluğun qan göstəricilərində sürətli və nəzərəçarpacaq dəyişikliklərə səbəb ola biləcəyini bildirib.

“Böyrəklərin maye və elektrolit balansını tənzimləmək qabiliyyəti azaldıqda, isti hava kimi ətraf mühit amilləri orqanizmin həssas tarazlığını daha asan poza bilər.

İsti havalarda tərləmə zamanı orqanizm yalnız su deyil, natrium və kalium kimi elektrolitləri də itirir. Kifayət qədər maye qəbul edilmədikdə qan damarlarının daxilindəki qan həcmi azalır. Bu isə böyrəklərə çatan qan axınının zəifləməsinə səbəb ola bilər.

Böyrəklər isə bu vəziyyətə cavab olaraq süzmə sürətini azaldır və sidiyi daha konsentrasiyalı hala gətirərək orqanizmdə mayeni qorumağa çalışır. Buna görə də isti havalarda sidiyin normaldan daha tünd rəngdə olması orqanizmin maye itirdiyinin əlamətlərindən biri ola bilər.

Yüksək temperatur, həddindən artıq tərləmə, hamam və sauna kimi güclü istiliyə məruz qalınan mühitlərdə yaranan maye itkisi böyrəklərə gedən qan axınını azalda bilər”, – deyə Dr. Alpay bildirib.

Alimin sözlərinə görə, kreatinin böyrəklər vasitəsilə orqanizmdən xaric edildiyinə görə böyrəklərin qanla təchizatının azalması qanda kreatinin səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.

“Bu yüksəlmə hər zaman böyrəklərin qalıcı zədələnməsi demək deyil. Maye itkisi ilə əlaqədar müvəqqəti dəyişiklik də ola bilər. Lakin maye itkisi vaxtında aşkar edilməz və aradan qaldırılmazsa, xüsusilə xroniki böyrək xəstələrində kəskin böyrək zədələnməsinin inkişafı və ya mövcud böyrək xəstəliyinin proqressivləşməsi riski yarana bilər.

Xroniki böyrək xəstələrində xüsusilə kalium balansının pozulması böyük əhəmiyyət daşıyır. Qanda kalium səviyyəsinin yüksəlməsi ürək ritmi baxımından ciddi problemlərə səbəb ola biləcəyindən, bu xəstələrin isti havalarda daha diqqətli olması lazımdır.

Natrium səviyyəsi isə itirilən su və elektrolitin miqdarından, həmçinin şəxsin mövcud xəstəliklərindən asılı olaraq müxtəlif istiqamətlərdə dəyişə bilər.

Bu səbəbdən xroniki böyrək xəstələri isti havalarda özbaşına həddindən artıq su və ya elektrolit qəbul etmək əvəzinə, öz həkimlərinin tövsiyə etdiyi maye qəbulu və qidalanma planına əməl etməlidirlər”, – deyə mütəxəssis vurğulayıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub