Proktoloq: 3–4 həftədən çox davam edən ishal ciddi xəstəliklərin əlaməti ola bilər
16.08.2026 15:29

Xroniki ishal ciddi bağırsaq xəstəliklərinin əlaməti ola bilər.

 

Aztibb.az xəbər verir ki, cərrah-proktoloq, endoskopist Anar Əliyevin sözlərinə görə, 3–4 həftədən uzun davam edən ishal sadəcə qidalanma pozğunluğu ilə əlaqədar olmaya və müxtəlif həzm sistemi xəstəliklərindən xəbər verə bilər.

 

Mütəxəssis bildirir ki, xroniki ishalın səbəbləri arasında bağırsaqların iltihabi xəstəlikləri, infeksiyalar, qida dözümsüzlüyü, poliplər və digər yoğun bağırsaq patologiyaları yer ala bilər. Bu səbəbdən uzun müddət davam edən simptomlara laqeyd yanaşmaq düzgün deyil.

 

Həkimin sözlərinə görə, davamlı ishal orqanizmdə maye və elektrolit (mineral) itkisinə səbəb olaraq ümumi sağlamlığa mənfi təsir göstərə bilər. Bu vəziyyət xüsusilə yaşlı insanlar, uşaqlar və xroniki xəstəlikləri olan şəxslər üçün daha ciddi risk yaradır.

 

Anar Əliyev vurğulayır ki, səbəb müəyyən edilmədən özbaşına dərman qəbul etmək əvəzinə həkim müayinəsindən keçmək vacibdir. Dəqiq diaqnozun qoyulması üçün laborator analizlərlə yanaşı, zərurət yarandıqda endoskopik müayinələr də aparılır. Erkən diaqnostika xəstəliyin səbəbinin vaxtında müəyyən edilməsinə və uyğun müalicənin seçilməsinə imkan verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub