Parkinson xəstəliyinin qeyri-adi erkən əlaməti müəyyən edilib
15.08.2026 08:19

Alimlər qoxuların subyektiv qiymətləndirilməsi əsasında Parkinson xəstəliyini qoxu itkisinin digər səbəblərindən 88–94 faiz dəqiqliklə fərqləndirən test hazırlayıblar. Məlum olub ki, xəstəlik sadəcə qoxu duyğusunu zəiflətmir, həm də qoxuların özünün qəbul edilmə tərzini dəyişir.

 

Aztibb.az science.mail.ru-ya istinadən xəbər verir ki, tədqiqatın nəticələri “npj Parkinson's Disease” jurnalında dərc olunub.

 

Tədqiqatda 94 nəfər iştirak edib: Parkinson xəstəliyi olan 33 pasiyent, 33 sağlam könüllü və bu xəstəliklə əlaqəsi olmayan qoxu itkisi yaşayan 28 nəfər. İştirakçılar qoxuların intensivliyini və xoşagəlimlik dərəcəsini 1-dən 100-dək olan şkala üzrə qiymətləndirib, sensorlar isə onların nəfəsalma xüsusiyyətlərini qeydə alıb.

 

Kombinə edilmiş bu model Parkinson xəstəliyi olan pasiyentləri sağlam insanlardan 89 faiz, digər səbəbdən qoxu itkisi yaşayan insanlardan isə 88 faiz dəqiqliklə fərqləndirib. Diqqətlə seçilmiş qruplarda isə bu göstərici 94 faizə çatıb.

 

Sağlam insanlar xoş qoxuları xoşagəlməz qoxularla müqayisədə daha uzun müddət iyləyiblər, Parkinson xəstəliyi olan pasiyentlər isə həm xoş, həm də xoşagəlməz qoxuları təxminən eyni müddət ərzində iyləyiblər. Bununla yanaşı, onlar xoş qoxuların intensivliyini sağlam insanlar kimi qiymətləndirsələr də, qoxuların xoşagəlimlik dərəcəsini nəzərəçarpacaq dərəcədə aşağı qiymətləndiriblər. Bu isə hisslərin ümumi şəkildə zəifləməsindən deyil, qoxuların beyində fərqli şəkildə emal olunmasından xəbər verir.

 

Tədqiqatçıların fikrincə, sadə və ucuz qoxu testi xəstəliyin erkən mərhələdə aşkarlanmasına kömək edə bilər.

 

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır