Akademik: Donuz qripi yüksək pandemiya potensialına malikdir
09.08.2026 12:27

A (H1N1) qrip virusu, yəni donuz qripi, yüksək pandemiya potensialına malikdir və yeni təhlükəli ştammlar adətən təxminən hər 10 ildən bir meydana çıxır.

 

Aztibb.az "İzvestiya" nəşrinə istinadən yazır ki, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki, Rusiya Təhsil Akademiyası prezidentinin müavini Gennadi Onişşenko bildirib.

Onun sözlərinə görə, pandemiya yarada biləcək yeni qrip ştammları müəyyən dövrlərlə ortaya çıxır.

"Təxminən hər 10 ildən bir pandemiya potensialı olan yeni ştamm meydana gəlir. Yaxın vaxtlarda H1N1 (donuz qripi) virusunun daha yoluxucu və daha aqressiv xüsusiyyətlərə malik yeni variantının yaranacağını gözləyirik. Məhz buna görə virusların davamlı monitorinqini aparırıq", – deyə Onişşenko bildirib.

Akademik qeyd edib ki, hazırda yeni pandemiyadan təşvişə düşmək üçün əsas yoxdur. Onun sözlərinə görə, yeni virus ştammlarının yaranması təkamül prosesinin təbii hissəsidir və yoluxucu xəstəliklərin yayılması müəyyən dövri xarakter daşıyır.

Mütəxəssis vurğulayıb ki, virusların davamlı izlənilməsi mümkün təhlükələrin vaxtında aşkar edilməsinə və onların qarşısının alınması üçün zəruri tədbirlərin görülməsinə imkan verir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub