Anal fistula öz-özünə sağalmır - Müalicədə gecikməyin!
09.08.2026 08:35

Anal fistula anus ətrafında yaranan iltihabın dəriyə açdığı anormal kanal olub, ən çox keçirilmiş anal absesdən sonra inkişaf edən ciddi proktoloji problemdir.

 

Aztibb.az xəbər verir ki, cərrah-proktoloq, endoskopist, tibb üzrə fəlsəfə doktoru Anar Əliyevin sözlərinə görə, bu xəstəlik zamanı davamlı irinli ifrazat, təkrarlayan şişkinlik, ağrı, narahatlıq və paltarın tez-tez çirklənməsi kimi narahatlıq yaradan simptomlar müşahidə olunur.

 

Mütəxəssis vurğulayır ki, fistulanın yalnız dərman vasitələri ilə tam sağalması mümkün deyildir və müalicə taktikası xəstəliyin mürəkkəbliyinə, kanalın yerləşməsinə uyğun olaraq fərdi cərrahi yanaşma ilə müəyyən edilir. Pasiyentlərin nəzərə alması vacibdir ki, fistulanın xarici dəliyinin müvəqqəti bağlanıb sonra yenidən açılması problemin aradan qalxması demək deyil. Əksinə, belə hallarda iltihabi proses daxildə gizli şəkildə dərinləşir və xəstəlik vaxt keçdikcə daha mürəkkəb formaya keçir. Məhz bu səbəbdən erkən diaqnostika anal sfinkter əzələlərinin funksiyasının tam qorunması və uğurlu müalicə nəticəsinin əldə olunmasında həlledici rol oynayır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub