“Betmen maskası”ndan xilas olan amerikalı qız şahzadə libasında fotokameralar qarşısına keçib
08.08.2026 09:53

ABŞ-dan olan Luna Fenner, üzünü demək olar ki, tam örtən nəhəng anadangəlmə xalın müalicəsini uğurla başa vurduqdan sonra xüsusi fotosessiyada iştirak edib. O, çəhrayı şahzadə libasında obyektiv qarşısına keçərək xoşbəxt və özünəinamlı görüntüsü ilə diqqət çəkib. Bu barədə onun müalicəsini aparan həkim Olqa Filippova məlumat verib.

Aztibb.az "Life" portalına istinadən yazır ki, iyulun 22-də Lunaya nevusun və əməliyyatdan qalan çapıqların son qalıqlarının aradan qaldırılması üçün yekun cərrahi müdaxilə həyata keçirilib. Ertəsi gün tikişlər və sarğılar çıxarılıb. Həkimlərin sözlərinə görə, qız artıq "Betmen maskası"ndan tamamilə xilas olub. Sarğılar çıxarıldıqdan sonra Luna sevincindən rəqs edib.

Luna Fenner üzünün böyük hissəsini əhatə edən nəhəng melanositar nevusla dünyaya gəlib. Görünüşünə görə bu xal "Betmen maskası" adlandırılırdı. ABŞ-da ailəyə uzunmüddətli və mürəkkəb müalicə planı təklif olunsa da, valideynlər rusiyalı mütəxəssislərə müraciət etməyi seçiblər. İlk əməliyyatlar Krasnodarda, sonrakı mərhələlər isə Sankt-Peterburqda həyata keçirilib.

Müalicənin son mərhələsindən əvvəl qızın çiyin nahiyəsində şübhəli törəmə aşkar edilib. Həmin törəmə çıxarılaraq histoloji müayinəyə göndərilib. Bu yaxınlarda isə Lunanın əməliyyatdan sonrakı tikişləri də tamamilə götürülüb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama