Böyük Britaniyada arıqlama iynələri ilə bağlı qeydə alınan 216 ölüm halı araşdırılır
07.08.2026 17:49

Böyük Britaniyanın Dərman Vasitələri və Tibbi Məhsulların Tənzimlənməsi Agentliyi (MHRA) arıqlama məqsədilə istifadə olunan GLP-1 preparatları ilə əlaqəli olduğu ehtimal edilən 216 ölüm və 158 mindən çox əlavə təsir barədə məlumat aldığını açıqlayıb.

Aztibb.az xəbər verir ki, məlumatlar tirzepatid, semaqlutid və liraqlutid tərkibli preparatlara, o cümlədən "Mounjaro", "Wegovy" və "Saxenda"* dərmanlarına aiddir. Bildirişlər MHRA-nın"Yellow Card" monitorinq sistemi vasitəsilə toplanıb.
Qeyd olunub ki, bu məlumatlar yalnız mümkün əlaqəni göstərir və ölüm və ya ağırlaşmaların birbaşa dərmanlardan qaynaqlandığını sübut etmir. Bildirilib ki, preparatlar ölkədə milyonlarla pasiyentə təyin olunduğundan, əlavə təsirlərlə bağlı hesabatların sayına onların geniş istifadəsi və məlumatlılığın artması da təsir göstərə bilər.
MHRA təhlükəsizlik məlumatlarının təhlilini davam etdirdiyini, yeni risklər müəyyən edilərsə, bu barədə tibb işçiləri və ictimaiyyətin məlumatlandırılacağını qeyd edib. Agentliyin qiymətləndirməsinə görə, təsdiqlənmiş göstərişlər üzrə istifadə edildikdə GLP-1 reseptor aqonistlərinin faydaları hazırda potensial riskləri üstələyir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub