Hava şəraiti qan analizinin nəticələrini dəyişirmi?
07.08.2026 09:47

İsti hava, yağış və ya maqnit qasırğalarının qan analizlərinin nəticələrinə təsir göstərdiyi barədə fikirlər geniş yayılıb. Lakin laboratoriya mütəxəssisləri bildirirlər ki, hava şəraiti analiz nəticələrini təhrif etmir.

Aztibb.az "Doctor Piter" nəşrinə istinadən yazır ki, bu barədə biokimya və immunokimya sahəsi üzrə ekspert Vladimir Kuzenkov danışıb.

Onun sözlərinə görə, laboratoriyada analizlər ciddi nəzarət altında aparılır. Biomaterial xüsusi sınaq borularında saxlanılır, temperatur rejiminə əməl edilir və kalibrlənmiş avadanlıqlardan istifadə olunur. Buna görə də çöldəki temperatur, atmosfer təzyiqi, rütubət və ya maqnit qasırğaları analizin dəqiqliyinə təsir göstərmir.

Mütəxəssis qeyd edir ki, hava şəraitinin təsiri birbaşa analizə deyil, orqanizmin vəziyyətinə ola bilər. Məsələn, güclü istidə kifayət qədər su qəbul edilmədikdə yüngül susuzlaşma yaranır, nəticədə qan qatılaşır və hemoqlobin, hematokrit, eləcə də bəzi elektrolitlərin göstəriciləri yüksələ bilər. Bu isə laboratoriya xətası deyil, analiz verilən andakı real fizioloji vəziyyətin əksidir.

Həkimin sözlərinə görə, nəticələrə hava deyil, insanın həmin şəraitdə davranışı təsir edir. Kifayət qədər su içmək, normal yatmaq, ağır fiziki yüklənmədən çəkinmək və qəbul edilən dərmanlar analiz göstəricilərinə daha çox təsir göstərən amillərdir.

Mütəxəssis etibarlı nəticə əldə etmək üçün aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir:

analiz tələb olunduqda qanı acqarına vermək;
analizdən bir gün əvvəl spirtli içkilərdən və ağır fiziki yüklənmədən uzaq durmaq;
qan götürülməzdən əvvəl siqaret çəkməmək;
kifayət qədər maye qəbul etmək;
hormonal analizlər və dərman qəbulu ilə bağlı həkimin tövsiyələrinə əməl etmək.

Ekspert vurğulayıb ki, analiz nəticələrində dəyişiklik müşahidə olunarsa, bunu hava şəraiti ilə əlaqələndirmək əvəzinə müalicə həkimi ilə məsləhətləşmək və zərurət olduqda analizi təkrar etdirmək daha doğru yanaşmadır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub