Siqareti necə tərgitmək olar?
06.08.2026 20:52

Siqaretdən imtina sağlamlıq üçün ən vacib addımlardan biri olsa da, bu proses bir çox insan üçün asan keçmir. İlk saatlardan etibarən əsəbilik, əhvalın pisləşməsi, narahatlıq, öskürək, boğaz ağrısı, baş ağrısı və həzm pozğunluğu kimi əlamətlər yarana bilər.

Aztibb.az xəbər verir ki, ən çətin dövr ilk iki həftə hesab olunur, lakin bir aydan sonra nikotinə olan asılılıq xeyli azalır.

Araşdırmalara görə, siqareti tərgitməyin ən effektiv yolu onu birdəfəlik dayandırmaqdır. Tədricən azaltmaq və ya "yüngül" siqaretlərə keçmək gözlənilən nəticəni vermir.

Mütəxəssislər siqareti buraxmaq istəyənlərə əvvəlcədən konkret tarix müəyyənləşdirməyi, siqareti xatırladan əşyaları uzaqlaşdırmağı, fiziki aktivliyi artırmağı, bol su içməyi, meyvə-tərəvəzə üstünlük verməyi və siqaret istəyi yarandıqda diqqəti başqa fəaliyyətə yönəltməyi tövsiyə edirlər.

Nikotin plastırı, saqqızı və inhalyator kimi nikotin əvəzedici vasitələr, eləcə də bəzi dərman preparatları həkim məsləhəti ilə istifadə oluna bilər. İynəbatırma və hipnoz kimi alternativ üsullar da bəzi hallarda köməkçi vasitə kimi tətbiq edilir.

Mütəxəssislərin fikrincə, siqareti ilk cəhddə tərgitmək hər zaman mümkün olmaya bilər. Əsas məqsəd uğursuzluqdan sonra səbəbləri təhlil edib yenidən cəhd göstərməkdir. Araşdırmalar göstərir ki, siqaretdən imtinadan iki il sonra bir çox xəstəliklərin inkişaf riski heç vaxt siqaret çəkməyən insanlarla yaxın səviyyəyə enir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub