Pişik saxlayanlar diqqətli olsun: allergiyanın əsas səbəbi məlum olub
06.08.2026 19:38

Pişik allergiyası ən çox rast gəlinən məişət allergiyalarından biridir. Allergik reaksiyaya səbəb pişiyin tükü deyil, onun tüpürcəyi, dəri hissəcikləri, göz yaşı və piy vəzilərində olan Fel d 1 və Fel d 4 zülallarıdır. Tük isə sadəcə bu allergenləri daşıyır.


Aztibb.az xəbər verir ki, allergiya zamanı burun tutulması, asqırma, göz yaşarması, öskürək, dəri səpgisi, nəfəsalma çətinliyi, bəzi hallarda isə Kvinke ödemi və bronxial astma tutmaları müşahidə oluna bilər. Xüsusilə irsi meyillilik və bronxial astması olan şəxslərdə risk daha yüksəkdir.

Mütəxəssislər bildirirlər ki, tam hipoallergen pişik cinsi mövcud deyil. Bəzi cinslərdə allergen zülallarının miqdarı nisbətən az olsa da, onlar da allergik reaksiyaya səbəb ola bilər.

Diaqnoz allergoloqun müayinəsi, spesifik IgE və IgG analizləri, həmçinin dəri testləri ilə təsdiqlənir. Müalicə əsasən allergenlə təmasın məhdudlaşdırılması, antihistamin preparatlar və zərurət olduqda digər dərman vasitələrinin istifadəsini əhatə edir. Bəzi xəstələrdə allergen-spesifik immunoterapiya (ASİT) da tətbiq oluna bilər.

Allergiya yüngül keçərsə və ev heyvanını ailədə saxlamaq istənilərsə, mütəxəssislər evdə müntəzəm nəm təmizliyi aparmağı, otaqları tez-tez havalandırmağı, xalçaları azaltmağı, pişiyi mütəmadi daramağı və tualetinin təmizliyinə xüsusi diqqət yetirməyi tövsiyə edirlər.

Həkimlər vurğulayırlar ki, ev heyvanı götürməzdən əvvəl ailənin bütün üzvlərinin allergik həssaslığının yoxlanılması həm insanların, həm də heyvanın rifahı baxımından daha doğru seçimdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub