Gecə saat 2-3-də oyanmağın səbəbləri nədir?
06.08.2026 21:43

Gecə yuxudan qısa müddətə oyanmaq əksər hallarda normal fizioloji prosesdir və sağlam insanlarda gecə ərzində bir neçə dəfə baş verə bilər.
Aztibb.az xəbər verir ki, problem daha çox oyandıqdan sonra yenidən yuxuya getməyin çətinləşməsi ilə yaranır.

Araşdırmalara görə, stress, narahatlıq, kortizol hormonunun səviyyəsinin artması, eləcə də yuxu apnesi, narahat ayaqlar sindromu və qalxanabənzər vəz xəstəlikləri gecə yuxusunun pozulmasına səbəb ola bilər. Axşam saatlarında ağır qidalar, kafein və alkoqol qəbulu da yuxunun keyfiyyətini mənfi təsir edir.

Mütəxəssislər hər gün eyni vaxtda oyanmağı, səhər təbii gün işığına çıxmağı, fiziki aktiv olmağı və yalnız yuxu hiss etdikdə yatağa getməyi tövsiyə edirlər. Gecə oyanarkən saata və ya telefona baxmamaq, yuxuya gedə bilmədikdə isə qısa müddət başqa otaqda sakit fəaliyyətlə məşğul olduqdan sonra yatağa qayıtmaq məsləhət görülür.

Həkimlər vurğulayırlar ki, gecə oyanmaları tez-tez təkrarlanır, uzun müddət davam edir və gündəlik fəaliyyətə mənfi təsir göstərirsə, mütləq mütəxəssisə müraciət olunmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub