Amerikalı professor Yeni Klinikada yerli mütəxəssislərlə birgə tibbi konsilium keçirib
05.08.2026 18:19

TƏBİB-in xaricdə fəaliyyət göstərən azərbaycanlı həkimlərlə əməkdaşlığın genişləndirilməsi və qabaqcıl tibbi təcrübənin ölkəmizdə tətbiqinin təşviqi istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində Yeni Klinikada tibbi konsilium təşkil olunub.

Aztibb.az xəbər verir ki, konsilium Azərbaycan-Amerika Tibb Assosiasiyasının nümayəndəsi, professor Dr. Rauf Şahbazovun Yeni Klinikaya səfəri çərçivəsində keçirilib.

Qeyd edək ki, tibb üzrə fəlsəfə doktoru Dr. Rauf Şahbazov qaraciyər, böyrək və mədəaltı vəzi transplantasiyası, həmçinin hepatobiliar cərrahiyyə sahəsində ixtisaslaşmış, beynəlxalq təcrübəyə malik transplant cərrahıdır. Hazırda ABŞ-ın Nyu-York ştatında yerləşən “Albany Medical Center”də Transplantasiya Cərrahiyyəsi Bölməsinin rəhbəri və cərrahiyyə professoru kimi fəaliyyət göstərir.

Konsilium zamanı professor Yeni Klinikanın yerli həkim-mütəxəssisləri ilə birlikdə mürəkkəb klinik halları müzakirə edib, pasiyentlərin mövcud vəziyyəti, aparılmış müayinələrin nəticələri və tətbiq olunan müalicə yanaşmaları ilə tanış olub. Diaqnostika, müalicənin növbəti mərhələləri və mümkün tibbi müdaxilələrlə bağlı peşəkar məsləhətlər verilib.

Səfər çərçivəsində professor Yeni Klinikanın Cərrahiyyə və Transplantasiya Mərkəzinin fəaliyyəti, burada göstərilən tibbi xidmətlər, müasir diaqnostika və müalicə imkanları ilə də tanış olub.

Görüş zamanı xaricdə fəaliyyət göstərən azərbaycanlı həkimlərin bilik və təcrübəsindən ölkəmizdə daha səmərəli istifadə, yerli və xarici mütəxəssislər arasında peşəkar əlaqələrin gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də onlayn məsləhətləşmələrin, vebinarların və elmi tədbirlərin təşkili məsələləri müzakirə edilib.

TƏBİB tərəfindən bu praktikanın daha da aktivləşdirilməsi, xaricdə fəaliyyət göstərən mütəxəssislərlə tabeli tibb müəssisələrinin həkimləri arasında həm əyani, həm də onlayn formatda tibbi konsilium və konsultasiyaların mütəmadi keçirilməsi nəzərdə tutulur.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub