“Betmen maskası” ilə doğulan amerikalı Sankt-Peterburqda keçirilən son əməliyyatdan sonra tikişlərini çıxaracaq
06.08.2026 08:52

 

Üzündə anadangəlmə nəhəng nevusu olan Luna Fennerin Sankt-Peterburqda keçirilən yekun əməliyyatı uğurla başa çatıb. Tikişlər avqustun 5-də çıxarılıb.

 

Aztibb.az "RIA Novosti" agentliyinə istinadən yazır ki, sosial şəbəkələrdə üzündəki doğuşdan olan böyük ləkəyə görə “Betmen maskalı uşaq” kimi tanınan amerikalı qız Luna Fenner son əməliyyatdan sonra tikişlərindən azad olub.

 

Qızın anası Kerol Fenner daha əvvəl bildirib ki, Luna özünü çox yaxşı hiss edir və tikişlərin çıxarılacağını səbirsizliklə gözləyirdi. Onun sözlərinə görə, qızı da bu anı böyük həyəcanla gözləyib.

 

Xatırladaq ki, Luna üzü demək olar ki, tamamilə örtən böyük qara doğuş ləkəsi ilə dünyaya gəlib. Bu, nəhəng melanositar nevus adlanan nadir dəri törəməsidir. Görünüşünün “Betmen” filmlərindəki maskaya bənzəməsi səbəbindən bu adla məşhurlaşıb.

 

Amerikalı həkimlər müalicəni həyata keçirməkdən imtina etmiş və ailəyə çox mürəkkəb, uzunmüddətli əməliyyat proqramı təklif etmişdilər. Uşağa kömək etməyə isə rusiyalı mütəxəssislər razılıq veriblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb