Mütəxəsssis: Anal abses gecikdirilmədən müalicə olunmalıdır!
05.08.2026 10:51

Anal abses anus ətrafında irin toplanması nəticəsində yaranan kəskin iltihabi xəstəlikdir. Bu hal əksər hallarda anus daxilində yerləşən kiçik vəzilərin infeksiyalaşması nəticəsində inkişaf edir.

Aztibb.az xəbər verir ki, bu fikirləri cərrah proktoloq, endoskopist Anar Əliyev deyib. Onun sözlərinə görə, irin toplandıqca toxumalarda təzyiq artır və bu, xəstələrdə güclü, döyünən ağrı ilə müşayiət olunur. Xəstəliyin əsas əlamətləri arasında anus nahiyəsində şişkinlik, qızartı, ağrı və bədən hərarətinin yüksəlməsi yer alır.

Həkimlər bildirirlər ki, absesin öz-özünə partlaması problemin aradan qalxdığı anlamına gəlmir. Belə hallarda sonradan anal fistula inkişaf edə bilər ki, bu da əlavə cərrahi müalicə tələb edən ağırlaşmalardan biridir.

Mütəxəssislər qeyd edirlər ki, anal absesdən şübhələnildikdə vaxt itirmədən həkim-proktoloqa müraciət etmək vacibdir. Vaxtında aparılan müayinə və düzgün cərrahi müdaxilə həm ağrının aradan qaldırılmasına, həm də mümkün ağırlaşmaların qarşısının alınmasına imkan verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub