Qastritin bu əlamətlərini görməzliyə vurmayın – Həkimdən xəbərdarlıq
05.08.2026 13:42

Qarın nahiyəsində ağrı, mədədə yanma, şişkinlik və ürəkbulanma kimi əlamətlər əksər hallarda qastritin ilk xəbərdaredici siqnalları ola bilər.

 

Aztibb.az xəbər verir ki, qastroenteroloq-endoskopist Rəfael Həsənovun sözlərinə görə, bu simptomlar tez-tez təkrarlanırsa, özbaşına dərman qəbul etmək əvəzinə mütləq həkim müayinəsindən keçmək lazımdır.

 

Həkim bildirib ki, qastrit mədə selikli qişasının iltihabıdır və vaxtında diaqnoz qoyulub müalicə edilmədikdə daha ciddi sağlamlıq problemlərinə yol aça bilər.

 

Onun sözlərinə görə, qastritin əsas əlamətləri qarın nahiyəsində ağrı və narahatlıq, mədədə turşuluq hissi və göynəmə, şişkinlik və qaz, eləcə də ürəkbulanma və qusma ilə bilinir.

 

Ekspert qeyd edib ki, bu əlamətlər mütəmadi olaraq təkrarlanırsa, səbəbin müəyyənləşdirilməsi üçün mütəxəssisə müraciət edilməlidir. Çünki düzgün diaqnoz və vaxtında başlanılan müalicə gələcəkdə yarana biləcək ağırlaşmaların qarşısını almağa kömək edir.

 

Qastroenteroloq vurğulayıb ki, müalicə olunmayan qastrit mədə xorası, mədə-bağırsaq qanaxması və digər ciddi fəsadların yaranma riskini əhəmiyyətli dərəcədə artırır. Buna görə də uzun müddət davam edən mədə narahatlıqları laqeyd yanaşılmamalı və həkim nəzarətində qiymətləndirilməlidir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub