Dəniz və hovuzda gözlərinizi təhlükədən qoruyun – Mütəxəssislərdən vacib xəbərdarlıqlar
05.08.2026 11:37

Yay istirahətinin əsas ünvanları olan dəniz və hovuzlar həm sərinlənmək, həm də sağlamlığı möhkəmləndirmək üçün yaxşı seçimdir. Lakin gigiyena qaydalarına əməl edilmədikdə bu məkanlar göz infeksiyaları, allergik reaksiyalar və digər sağlamlıq problemləri üçün risk mənbəyinə çevrilə bilər. Oftalmoloqlar xəbərdarlıq edirlər ki, xüsusilə hovuz və dəniz suyunun gözlə təması bəzi hallarda uzunmüddətli müalicə tələb edən infeksiyalara səbəb olur. Sadə qoruyucu tədbirlərə əməl etməklə bu riskləri əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.

 

Aztibb.az xəbər vereir ki, mütəxəssislərin sözlərinə görə, həm dəniz, həm də hovuz suyundan gözlərə müxtəlif virus və bakteriyalar keçə bilər. Risk xüsusilə kontakt linza istifadə edən şəxslərdə daha yüksəkdir.

 

Kontakt linza ilə suya girməyin

 

Həkimlər kontakt linza istifadə edənlərə dənizə və ya hovuza girməzdən əvvəl linzalarını mütləq çıxarmağı tövsiyə edirlər. Əgər gözünüzdə linza olduğu halda suya girmisinizsə, həmin linzanı yenidən istifadə etməyin. Su ilə təmasdan sonra linzanın üzərində təhlükəli mikroorqanizmlər qala bilər və bu da buynuz qişanın ağır infeksiyalarına, hətta görmənin zəifləməsinə səbəb ola bilər.

 

Hovuz suyundakı kimyəvi maddələr də təhlükə yarada bilər

 

Mütəxəssislər bildirirlər ki, hovuz suyunun dezinfeksiyası üçün istifadə olunan xlor və digər kimyəvi maddələr bəzi insanlarda gözün selikli qişasını qıcıqlandıra bilər. Üzgüçülükdən sonra gözlərdə yanma, qaşınma, qızartı, sulanma və ya işığa həssaslıq yaranarsa, bu, allergik və ya toksiki reaksiyanın əlaməti ola bilər.

 

Hansı hallarda həkimə müraciət etmək lazımdır?

 

Aşağıdakı əlamətlər 24 saatdan çox davam edərsə və ya şiddətlənərsə, oftalmoloqa müraciət etmək vacibdir:

 

gözdə güclü qızartı və ağrı;
irinli ifrazat;
bulanıq görmə;
işığa baxarkən narahatlıq;
göz qapaqlarında şişkinlik.

 

Mütəxəssislər xəbərdarlıq edirlər ki, hovuzlardan keçən bəzi virus mənşəli göz infeksiyaları həftələrlə, bəzən isə aylarla davam edə və müalicə olunmadıqda fəsadlara səbəb ola bilər.

 

Gözlərinizi qorumaq üçün bu qaydalara əməl edin
Dənizə və ya hovuza kontakt linza ilə girməyin.
Mümkünsə, üzgüçülük eynəyindən istifadə edin.
Suya baş vurarkən gözlərinizi bağlı saxlayın.
Üzgüçülükdən sonra gözlərinizi təmiz su ilə yuyun.
Dəsmal, linza qabı və göz damcısı kimi şəxsi əşyalarınızı başqaları ilə paylaşmayın.
Gözlərinizi çirkli əllərlə ovuşdurmayın.
Hovuzun suyunun təmizliyinə və gigiyenik vəziyyətinə diqqət yetirin.

 

Həkimlər vurğulayırlar ki, yay istirahətini sağlam və təhlükəsiz keçirmək üçün sadə gigiyena qaydalarına əməl etmək kifayətdir. Xüsusilə uşaqlar, kontakt linza istifadəçiləri və allergiyaya meyilli şəxslər göz sağlamlığının qorunmasına daha diqqətli yanaşmalıdırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub