2–8 avqust 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Zəngilan və Laçın rayonlarında keçirilən “Dirçələn şəhərlər” Diaspor Gənclərinin VII Yay Düşərgəsi çərçivəsində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları tərəfindən tədbir iştirakçılarının fasiləsiz tibbi müşayiəti təmin edilir.
Bu barədə Aztibb.az-a Mərkəzdən xəbər verilib.
Təcili tibbi yardım briqadaları 24 saatlıq növbə prinsipi əsasında fəaliyyət göstərir. Bakı briqadası iştirakçıları Bakıdan Laçın rayonuna qədər müşayiət edib, növbəti gün isə Laçından Zəngilan rayonuna qədər tibbi müşayiəti davam etdirərək xidməti Bərdə Təcili Tibbi Yardım bölməsinə təhvil verib.
Tədbir müddətində tibbi müşayiət 24 saatdan bir növbəlilik prinsipi əsasında müxtəlif regional təcili tibbi yardım briqadaları tərəfindən davam etdirilir.

