Ötən ay 7 nəfər suda boğulma hadisələri ilə əlaqədar dünyasını dəyişib
03.08.2026 12:25

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə iyul ayı ərzində suda boğulma hadisələri ilə əlaqədar ümumilikdə 22 müraciət daxil olub.
Aztibb.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, daxil olan müraciətlər üzrə 10 nəfər tibb müəssisələrinə hospitalizasiya edilib, 5 nəfərə yerində tibbi yardım olunub, 7 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.
Müraciət edənlərdən 4 nəfəri qadın, 15-i kişi, 3-ü isə şəxsiyyəti naməlum olub.

Bu bölməyə aid digər xəbərlər
ÇOX OXUNANLAR