Listeriya bakteriyası nədir? - Necə yoluxur və hansı qidalarda rast gəlinir?
02.08.2026 11:30

Süd məhsullarında insan sağlamlığı üçün təhlükəli hesab olunan Listeria monocytogenes bakteriyasının aşkarlanması halları sıx rast gəlinəndir.

Aztibb.az "Posta" nəşrinə istinadən yazır ki, Listeria monocytogenes əsasən qida vasitəsilə insan orqanizminə keçən və listerioz adlı infeksiyaya səbəb olan bakteriyadır. Xəstəlik xüsusilə hamilə qadınlar, yaşlılar, yeni doğulmuş körpələr və immun sistemi zəif olan şəxslər üçün ciddi təhlükə yaradır.

İnfeksiyanın inkubasiya dövrü bir neçə gündən bir neçə həftəyə qədər dəyişə bilər. Bəzi hallarda simptomlar qida qəbulundan 1–2 həftə, hətta daha gec meydana çıxa bilər.

Listeriya hansı qidalarda olur?

Listeriya müxtəlif qida məhsullarında çoxala bilir və hətta soyuducu temperaturunda belə yaşama qabiliyyətinə malikdir. Bakteriyaya daha çox aşağıdakı məhsullarda rast gəlinir:

Təzə meyvə və tərəvəzlər;
Şarküteri və emal olunmuş ət məhsulları;
Çiy və ya kifayət qədər bişirilməmiş ət;
Pastörizə olunmamış süd və süd məhsulları;
Çiy və ya az bişmiş balıq və dəniz məhsulları;
Hazır hazırlanmış və soyuq şəkildə təqdim olunan qidalar;
Dondurulmuş və uzun müddət saxlanılan bəzi qida məhsulları.

Listeriya necə yoluxur?

Ən geniş yayılmış yoluxma yolu bakteriya ilə çirklənmiş qidaların qəbul edilməsidir. İstehsal, qablaşdırma və saxlanma prosesində gigiyena qaydalarının pozulması məhsulların bakteriya ilə çirklənməsinə səbəb ola bilər.

Hamilə qadınlarda infeksiya plasenta vasitəsilə dölə də keçə bilər.

Listeriozun əlamətləri

Xəstəliyin ilkin əlamətləri adətən qripə bənzəyir. Bunlara aşağıdakılar daxildir:

Hərarət;
Üşütmə və titrətmə;
Baş ağrısı;
Əzələ ağrıları;
Ürəkbulanma və ishal;
Tarazlığın pozulması;
Şüurun bulanması.

Ağır hallarda infeksiya meningit, sepsis və digər həyati təhlükəli ağırlaşmalara səbəb ola bilər.

Müalicəsi necə aparılır?

Listeriozun müalicəsi xəstənin yaşı, ümumi sağlamlıq vəziyyəti və infeksiyanın ağırlığından asılı olaraq müəyyən edilir. Müalicəyə əsasən aşağıdakılar daxildir:

Antibiotik terapiyası;
Maye dəstəyi;
Hərarətin nəzarətdə saxlanılması;
Zərurət olduqda tənəffüs dəstəyi və stasionar müalicə.
Listeriyadan necə qorunmaq olar?

Mütəxəssislər aşağıdakı tədbirləri tövsiyə edirlər:

Yalnız pastörizə olunmuş süd və süd məhsullarından istifadə edin;
Ət və balığı tam bişmiş şəkildə istehlak edin;
Meyvə və tərəvəzləri yaxşı yuyun;
Hazır qidaları soyuducuda uzun müddət saxlamayın;
Soyuducunun temperaturunu 4°C və ya daha aşağı səviyyədə saxlayın;
Qida hazırlayarkən əl və mətbəx gigiyenasına ciddi əməl edin.

Sağlam insanlarda listerioz əksər hallarda yüngül keçsə də, risk qrupuna daxil olan şəxslərdə ağır fəsadlara səbəb ola bilər. Buna görə şübhəli qida qəbulundan sonra yüksək hərarət, davamlı ishal və ya nevroloji əlamətlər yaranarsa, dərhal həkimə müraciət etmək tövsiyə olunur.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub