Babasil, yoxsa anal çat? - Simptomları necə fərqləndirməli?
02.08.2026 09:56

Anal nahiyədə müşahidə olunan ağrı və qanaxma hər zaman babasil göstəricisi olmaya bilər.

 

Aztibb.az xəbər verir ki, ümumi cərrah, cərrah-proktoloq və endoskopist tibb üzrə fəlsəfə doktoru Anar Əliyevin sözlərinə görə, bu kimi şikayətlər anal çat zamanı da müşahidə oluna bilər və düzgün diaqnozun qoyulması uğurlu müalicənin əsas şərtidir.

Babasil (hemoroid) zamanı anal nahiyədə şişkinlik və düyünlər yaranır, qanaxma adətən ağrısız olur, eyni zamanda bölğədə qaşınma və narahatlıq hissi müşahidə edilir. Anal çat zamanı isə defekasiya anında kəskin, bıçaqvari ağrı baş verir, bu ağrı defekasiyadan sonra da davam edir və proses zamanı az miqdarda parlaq qırmızı qan görünür.

Bu iki xəstəlik oxşar əlamətlər versə də, tətbiq edilən müalicə üsulları tamamilə fərqlidir. Özbaşına dərman istifadəsi problemi daha da uzada və xəstəliyin gedişini ağırlaşdıra bilər. Buna görə də şikayətləriniz davam edərsə, vaxt itirmədən mütləq cərrah-proktoloq müayinəsindən keçməyiniz tövsiyə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub