Qida allergiyalarının gizli səbəbi - Alimlər "keçirici bağırsaq" fenomeninə diqqət çəkirlər
02.08.2026 07:50

ABŞ-da aparılan yeni tədqiqatlar göstərib ki, dünyada "keçirici bağırsaq sindromu" (ing. leaky gut) kimi tanınan bağırsaq keçiriciliyinin artması qida allergiyalarının daha ağır keçməsinə səbəb ola bilər. Alimlər bağırsaq mikrobiotasındakı tarazlığın pozulmasının ağır, hətta həyati təhlükə yaradan allergik reaksiyaların inkişaf riskini artırdığı barədə xəbərdarlıq edirlər.

Aztibb.az "The Journal of Immunology" jurnalında dərc olunan araşdırmaya istinadən yazır ki, Minnesota Universiteti Tibb Fakültəsinin alimləri tərəfindən aparılan tədqiqatda  bağırsaq baryerinin zədələnməsi ilə qida allergiyalarının ağırlığı arasında birbaşa əlaqə müəyyən edilib.

Bağırsaq baryerinin zədələnməsi toksinlərin qana keçməsinə şərait yaradır

Sağlam həzm sistemində bağırsaq divarı qida maddələrinin və suyun sorulmasını təmin edən, eyni zamanda zərərli maddələrin qana keçməsinin qarşısını alan qoruyucu baryer rolunu oynayır.

Lakin bağırsaq mikrobiotasında yaranan dəyişikliklər bu baryerin keçiriciliyini artırır. Nəticədə tam həzm olunmamış qida hissəcikləri, bakteriyalar və onların toksinləri qan dövranına keçə bilir ki, bu da immun sisteminin həddindən artıq aktivləşməsinə səbəb olur.

Qastroenteroloq və qidalanma üzrə mütəxəssis Dr. Alexa Weingarden və həmkarlarının apardıqları araşdırmada bağırsaq baryeri zədələnmiş iştirakçıların qida allergenlərinə qarşı daha ağır klinik əlamətlər göstərdiyi müəyyən olunub.

İmmun sistemində tarazlıq pozulur

Laborator analizlər bağırsaq keçiriciliyinin artmasının immun hüceyrələrinin balansını dəyişdirdiyini göstərib.

Araşdırmada bağırsaq keçiriciliyi yüksək olan şəxslərdə allergik reaksiyaların və anafilaksiyanın inkişafında mühüm rol oynayan Th2 tipli immun hüceyrələrinin sayının artdığı, əksinə allergik reaksiyaları tənzimləyən və immun sistemi tarazlaşdıran Treg hüceyrələrinin isə əhəmiyyətli dərəcədə azaldığı müşahidə edilib.

Yeni müalicə üsullarına ümid

Dr. Alexa Weingarden bildirib ki, bağırsaq mikrobiotası ilə immun sistemi arasındakı qarşılıqlı əlaqənin daha yaxşı öyrənilməsi gələcəkdə qida allergiyalarının müalicəsi üçün yeni yanaşmaların hazırlanmasına imkan yarada bilər.

Alimlər gələcək klinik tədqiqatlarda bağırsaq baryerini bərpa edən və allergik reaksiyaları zəiflədən faydalı bakteriya növlərini müəyyən etməyi hədəfləyirlər.

Hazırda "keçirici bağırsaq sindromu" termini geniş istifadə olunsa da, bu anlayış bütün tibbi cəmiyyətlər tərəfindən ayrıca xəstəlik kimi qəbul edilmir. Bununla belə, bağırsaq keçiriciliyinin artmasının müxtəlif iltihabi və immunoloji proseslərlə əlaqəsi barədə elmi araşdırmalar davam edir. Bu səbəbdən mövcud nəticələrin daha geniş klinik tədqiqatlarla təsdiqlənməsinə ehtiyac var.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub